21 Noyabr 2024 - 21
Dur gedək qızım gedir karivan
Xırda qəbrüvə Zeynəbin qurban
Deyirdin əmmə gedək vətənə
Mənzilin olub şəhri Mədinə
Bacı bəs hanı mənim güllərim
Qalıbsan məndən kənar ellərdə
Xırda qəbrivə Zeynəbin qurban
Mənim bülbülüm düşmüsən dildən
məgər nə olub küsmüsən məndən
Əsir qəribə oxşayan olmaz
Dur gedək qızım gedir karivan
Xırda qəbrivə Zeynəbin qurban
Qəribəm qızım ağlayan olmaz
Yetim qəbrini yoxlayan olmaz
Əsir qəbrindən oxşayan olmaz
Dur gedək qızım gedir karivan
Xırda qəbrüvə Zeynəbin qurban
Xaraba mənzildə yatmadım balam
Rahat olmadım yatmadım balam
Torpaqlr olub baluşun bala
Dur gedək qızım gedir karivan
Xırda qəbrüvə Zeynəbin qurban
Şümrü-bihəya çox vurub səni
Qətil eyləyib incidib səni
Qərib ölməyin yandırıb məni
Dur gedək qzım gedir karivan
Xırda qəbrüvə Zeynəbim qurban
Nalə eylərəm ağlaram səni
Yatmaram qızım ağlaram səni
Zakirəm söylərəm ağlaram səni
Dur gedək qızım gedir karivan
Xırda qəbrüvə Zeynəbin qurban