22 Noyabr 2024 - 22
Məhşur Əhli-sünnə tarixçisi və hədis alimlərindən olan Şəmsiddun Zəhəbi özünün “Siarələmin-nübəla” kitabında İmam Səccad haqqında qeydlər edib. Zəhəbinin burada qeyd etdikləri və ibarələri çox mühümdür və digər ibarələrdən fərqlidir. Buyurur ki, İmam Səccadın çox qəribə bir əzəməti və heybəti var idi. And olsun Allaha ki, bu heybət, böyüklük, əzəmət onun haqqı idi. İmam Səccad böyük imamət və rəhbərlik üçün layiqli bir şəxs idi. Çünki onun şərəfi, elmi, mənəviyyatı və ağlı kamil idi.
Bundan sonra Zəhəbi bir hadisə qeyd edir ki, Əbdülməlik ibn Mərvan oğlu Hişamı özündən sonra hakim təyin etmişdi. Hişam hakimiyyətə gəlməmişdən qabaq gəlir Həccə ziyarət etmək istəyir. Burada bir hadisə baş verir ki, Zəhəbi onu yazır. Buyurur ki, Əbdülməlikin oğlu Hişam hakimiyyətə gəlməmişdən az müddət öncə Həcc məqsədi ilə Kəbəyə gəlir. Nəticədə vəliəhd olduğu üçün Hişam gəlir Kəbəyə daxil olur və istəyir o qara daşı ziyarət etsin. Lakin izdihama görə əlini daşa vura bilmir. Belə bir zamanda İmam Səccadda ziyarətdə olur və gəlib daşı ziyarət etmək istəyəndə insanlar imamı tanıyır və hamı çəkilir. iİmam da rahat şəkildə ziyarət edir. Bu mənzərə Hişamı narahat edir. Bu gözləyirdi ki, atası xəlifədir, özü vəliəhddir deyə buna ehtiram edəcəklər, buna görə çəkiləcəklər və yol verəcəklər. Amma Hişam gördü ki, xeyr, bunu sayan olmadı. Bu məsələdən sonra Hişam məsxərə edərək qəzəbli formada deyir ki, bu kimdir belə ehtiram edirlər? Mən bunu tanımıram. Yazır ki, məşhur şair Fərəzdəq orada olur və bir qəsidə deyir və Hişama başa salır ki, sən bunu tanımasan da onu bütün Məkkə və Mədinə tanıyır.
Təbriz Qasımov