23 Noyabr 2024 - 23
Mədinədən hərəkət etdiyi gündən Kərbəlada şəhid olduğu günə qədər həmin mənəviyyat, izzət və başucalığı, eyni zamanda Allah qarşısında mütləq təslimçilik və bəndəlik duyulur. Bütün mərhələlərdə belədir. Ona yüzlərlə və bəlkə minlərlə məktub yazıb "biz sənin tərəfdarlarınıq, səni sevirik, Küfə və İraqda səni gözləyirik” deyəndə də qürurlanmadı.
"Ölüm Adəm övladı üçün gənc qızın boynundakı boyunbağıya bənzəyir” çıxışını edəndə də ölümdən danışdı. Demədi ki, belə edərik, elə edərik; düşmənlərini təhdid edib, dostlarını Kufədə yüksək vəzifələrlə tamahlandırmadı. Etiqad, bəndəlik və təvazökarlıqla yanaşı olan müsəlman hərəkəti o zaman baş verir ki, hamı əllərini ona sarı uzadıb hörmət bildirir. Kərbəlada yüz nəfərdən az bir qrupun otuz min quldur tərəfindən mühasirəyə alındığı, canının təhdid olunduğu, əzizlərinin təhdid olunduğu, qadınların və ailəsinin əsirliklə təhdid olunduğu gün də bu Allah adamında, Allah bəndəsində və İslamın bu əzizi şəxsiyyətndə zərrə qədər də iztirab müşahidə olunmadı.
Ayətullah Xameni