23 Noyabr 2024 - 23
Hər dəm deyərəm suz ilə ey vay Hüseyn vay
Meydanda olan qanına gülnar Hüseyn vay
Nə zülmüdü eylibdü sənə qövmi sitəmgər
Bir bikəsə bu qədri vurub nizəvü-xəncər
Sağ yer tapa bilməm öpüm ey sərvəri bikəs
Öpdüm ayağın altını naçar Hüseyn vay!
Bilməm bu nə sirdir anam oğlu məni bikəs
Başuvi kəsib Şümr nə olmuş əlüvə bəs
İstəkli bacun Zeynəbəm axər mənə ver səs
Söylə əlüvə neyliyib əşrar Hüseyn vay
İmdi məni səndən ayırır ləşgəri üdvan
Qol bağlı çəkir zillətilə gözləri giryan
Nəşün arada qaldı əya şahi ləbə tşan
Qoymadı qılam dəfni bu küffar Hüseyn vay
Qılmış sənilə qövmi cəfapişə ədavət
Soymuş yaralı nəşivi bu qövmi rəzalət
Qardaş çəkərəm həşrə kimi mən də bu zillət
Qoydum yaralı cismivü mən xar Hüseyn vay
Tərk etməz idim zülmilə bu vadiye şuri
Görsəndi məni qəmzədəyə arizu nuri
Olmuş bu gecə xabigəhin Xuli tənuri
Dalunca gəlir həsrəti didar Hüseyn vay
Gəh Fatimə ağuşi sənin məhdi cəlalın
Gəh ərşi Xudavəndi olub cayi vüsalin
Gəh Xuli tənurində kül üstündə cəmalun
Gün tək çıxır ey xazini əsrar Hüseyn vay
Ahim bacun ölsün bu gün aləmləri dağlar
Əssaə gəlib Şimri bizi qol-qola bağlar
Başunlə məni Şamidə dərvazədə saxlar
Çün tənə vurar qövmi bədəfkar Hüseyn vay
Səndən necə mən ayrılım ey şahi Hicazım
Ahim sənilə kəşf edəcək aləmə razım
Var Şami yolunda sənilə razü-niyazım
Gör Şümr edəcək onda nə rəftar Hüseyn vay
Bu ərsədə nə”şindən əlimi üzərəm mən
Başə nə qədər qəmçi vurulsun dözərəm mən
Başunla Hüseyn çöldə piyadə gəzərəm mən
Düşvarüdü çox təneyi əğyar Hüseyn vay
Başüvi vurub Şimri Sinan nuki cidayə
Bir kimsənə qalmubdu gələ imdi hərayə
Ümmid qalıb qardaş Hüseyn Zeynələbayə
Yox onda da kim taqəti qoftar Hüseyn vay
Ya Rəb bi həqqi xaliseyi zöhreyi Zəhra
Qıl hacəti məşrueyi hüzzari Sən icra
Tuti bu müsibətdə hər il səbt elə tuğra
Qıl şiələri halidən əxbar Hüseyn vay