22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Kərbəla faciəsinə nə səbəb oldu?
24.05.2019

Bəzi qruplar İmam Hüseyni (ə) qiyam edən kimi tanıtdırmaqda uğur qazandı. Zalım hökumətin ürəyi nə istəyir deyir, xalq nə üçün inanmalıdır, xalq nə üçün sakit qalmalıdır? Məni nigaran edən məsələ hadisənin bu yeridir. Deyirəm necə oldu ki, vəziyyət bu həddə çatdı? Necə oldu ki, İslam hökmlərinin və Quran ayələrinin xırdalığına bu qədər diqqətlə yanaşan İslam ümməti belə bir aydın hadisədə bu formada qəflətə və səhlənkarlığa düçar oldu və birdən-birə belə bir əzəmətli hadisə baş verdi? Belə hadisələr insanı nigaran edir. Məgər biz Peyğəmbər (s) və Əmirəlmöminin (ə) dövrünün cəmiyyətindən daha möhkəmik? Belə olmamaq üçün nə etməliyik? Dediyimiz “Belə olmasına səbəb nə idi?” sualına kimsə hərtərəfli cavab verməmişdir. Bəzi məsələlər irəli sürülüb, amma yetərli və kifayət deyil. Bu səbəbdən bu gün qısa və konkret şəkildə hadisənin özü barəsində bir qədər söhbət etmək istəyirəm. Sonra məsələnin ipucunu sizin beyninizə tapşıracağam ki, özünüz bu barədə fikirləşəsiziniz. Araşdırma və düşüncə adamı olanlar bunun ardınca tədqiqat aparsınlar, mütaliə etsinlər. İş və əməl adamı olanlar düşünsünlər ki, belə hadisələrin təkrar olunmasının qarşısını almaq üçün hansı hazırlıqları görmək lazımdır. Əgər bu gün mən və siz hadisənin qarşısını almasaq, 50 ildən, 10 ildən, yaxud 5 ildən sonra bizim İslam cəmiyyətimizin İmam Hüseynin (ə) dövründəki vəziyyətə düşməsi mümkündür. Lakin iti gözlər dərinlikləri görsə, etimadlı keşikçi yolu göstərsə, düşüncə sahibi olan xalq işi yönəltsə və möhkəm iradələr bu hərəkətin dayağı olsalar, o zaman möhkəm səngər və möhkəm qala yaranacaq, heç kəs ona təsir göstərə bilməyəcək. Amma əgər öz başına buraxsaq, yenə həmin vəziyyət təkrarlanacaq. O zaman bu qanların hamısı hədər gedəcək. O zaman vəziyyət elə bir yerə çatdı ki, Bədr döyüşündə Əmirəlmömininin, Həmzənin və digər İslam sərdarlarının əli ilə öldürülüb cəhənnəmə vasil edilənlərin nəvəsi Peyğəmbərin (s) yerinə söykəndi, həmin Peyğəmbərin (s) ciyərparəsinin başını qarşısına qoydu, bambuk çubuğu ilə dodağına və dişinə vurub dedi: "Bədr doyüşündə bizim öldürülənlərimiz qalxıb onların qatillərinə nə etdiyimizi görsünlər". Məsələ budur. Burada Quran deyir ki, ibrət alın, burada deyir ki, tarix məmləkətinə səyahət edin, hansı hadisənin baş verdiyini görün, sonra özünüzdən eytiyatlı olun.

Ayətullah Xamenei