21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Kərbəla hadisəsi və dində olan məsuliyyətlər
27.05.2019

Biz Kərbəla hadisəsini araşdırsaq bir neçə səbəblər deyə bilərik. Həmən o səbəblərdən biri də dində olan məsuliyyətə gətirib çıxarır. Yəni İmam Hüseyn dövrün imamıdır və onu boynunda böyük bir məsuliyyət vardır. Hətta biz bilirik ki, Kufədən ona göndərilən məktubların içərisində Abdullah ibn Hüseyn Əzdi kimi şəxslər yazırlar, əgər sən bizim köməyimizə çatmasan mən Allaha səndən şikayət edəcəyəm və yaxud da biz Allaha səndən şikayət edəcəyik. Ki, sən bizim tələblərimizə cavab vermədin. Biz səni çağırdıq, haqqı bərpa etmək istədik, yer kürəsində ədaləti bərpa edək, amma sən sədalarımıza cavab vermədin və məsuliyyət daşıyırsan. Çünki sən imamsan. Burada birinci dini məsuliyyət var. Yəni İmam Hüseyn zəmanənin imamı idi.

İkinci, İmam Hüseynin ictimai məsuliyyəti idi. Yəni İmam Hüseyn cəmiyyətin içrisində rəhbər idi və boynunda məsuliyyət var idi. Biz bilirk ki, cəmiyyət fərdlərdən də təşkil olunmuş olsa onların gözəl rifahı, yaşayış tərzinin yaxşılaşdırılması məhz o cür insanların boynuna düşür. İmam da ictimai ədaləti bərpa etməkdən ötəri qiyam etdi.

Üçüncü səbəb isə İmam Hüseynin höccəti tamamlaması idi. Biz görürük ki, İmam Hüseynə göndərilən məktublarda onun şəri vəzifəsi bundan ibarət olur ki, ona beyət edəcək insanların rəhbəri olsun və ədaləti bərpa etmək üçün qiyam etsin.

İlham Abbasov