21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseyn nə üçün Müaviyənin vaxtında qiyam etmədi?
30.05.2019

İmam Hüseyn (ə) Müaviyənin olduğu dönəmdə qiyam etmədi. Buna səbəb həmən vaxtın şəraiti və qarşı tərəfin bölgədə olan mövqeyi idi. İmam Hüseyn anlayırdı ki, Müaviyə həqiqi müsəlman cildinə girə bilmişdi. Amma Yezidin vaxtında fərqli idi. Təsəvvür edin bir ailə başçısı günahkardır və yaxud hanısa bir qeyri-əxlaqi əməllər edir. Burada artıq bu adam aradan getməlidir ki, ailənin də adı batmasın. Yəni İslam cəmiyyətinin üst səviyyəsində duran və zahirdə də İslamı ayinlərə sadiq qalmayan şəxs aradan getməli idi. Orada İslam ümmətinin baş bilənləri etiraz etməli idilər. Yoxsa ya İslam gəlib bizə çatmayacqdı, ya da başqa formada çatacaqdı. Və yaxud digər dinlər, bizə tənə vura bilərdilər ki, sizin İslam Yezidin gətirdiyi İslamdan başqa bir şey deyil. Halbuki hazıda bizim onların qarşısına qoyacaq sözümüz var ki, bizim İslamımız Yeziddən yox, İmam Hüseyndən gəlib. Yəni İmam Hüseyn öz qiyamı və əməli ilə etirazını bildirdi. Və bu da onunla razılaşmadığının bariz nümunəsidir. Bizim lazımi və başlıca vəzifəmiz budur ki, hər bir məsələdə, xüsusilə bu məsələdə ayıq olmalıyıq.

Ruhullah Novruzzadə