22 Noyabr 2024 - 22
Kərbəlada fədakar gənc nümunəsi kimdir? Əli Əkbər! İmam Hüseynin övladı, Bəni-Haşim gəncləri arasında nümunə, həm zahiri, həm batini gözəlliklərə malik olan gənc. Elə bir gənc ki, Hüseyn ibn Əlinin (ə) imamlığına düzgün inancı və bunun yanında qorxmazlığı, fədakarlığı və düşmənin qəddarlığına qarşı mübarizə hazırlığı vardı. Özünün gənclik enerjisini uca məqsədi və amalı üçün xərclədi. Bu çox dəyərli məsələdir. Bu qeyri-adi və nümunə gənc düşmənə sarı getdi, atasının və ondan nigaran olan qadınların gözü qarşısında qana bələşmiş cəsədi çadırlara qayıtdı. Belə bir müsibət və matəm kiçik hadisə deyil. Lakin onun meydana sarı hərəkəti və düşmənlə mübarizəyə hazır olması bir müsəlman üçün izzət, ucalıq, fəxr və qürur təcəssümüdür. Odur ki, Allah-Taala buyurur: “İzzət Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur”.
Hüseyn ibn Əli (ə) də öz növbəsində bu gənci döyüş meydanına göndərməklə mənəvi izzət nümayiş etdirdi. Yəni İslam imaməti ilə tağut şahlığı arasında olan sərhədi ayıran İslam hakimiyyətinin və İslam başucalığının bayrağını möhkəm saxlayır; hətta əziz gəncinin canı bahasına olsa da.
Ayətullah Xamenei