21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseynin haqq və batil ölçüsü
03.06.2019

Peyğəmbərlərin qiyamının davamı olaraq şəhidlər ağası İmam Hüseynin qiyamı dünya insanlarına haqq və batilin nə olduğunu öyrətmişdir. Bunu həyata keçirib insanlara öyrətmək üçün İmam Hüseynin canını, övladlarını, malını fəda etməkdən başqa bir çarəsi yox idi. Çünki əməvilərin etdikləri cahiliyyət o qədər çox və köklü idi ki, bunu danışaraq və məktub yazaraq həll etmək mümkün deyildi. Bu məsələnin qaçılmaz olduğunu görən İmam Hüseynin şəhadətə qucaq açmaqdan başqa çarəsi yox idi. Hüseyn ibn Əli bəzən mövcud vəziyyətin şəhadətlər, əsarətlər tələb etdiyini Rəsulullahın yanında öyrənmişdi. Aradan getməyə məhkum olmuş bir din ancaq bu yolla qala bilərdi. Buna görə də İmam Hüseyn (ə) qiyam etmişdi.

İmam Hüseyn həm başqaları, həm də öz dostları üçün məsələni aydınlaşdıraraq Qurandan ayələr oxuyurdu. İmam Hüseyn Quranın müfəssiri olaraq “...onlara ən gözəl şəkildə mücadilə et!” ayəsini başa salırdı.

İmam Hüseyn bəzən bu ayəni oxuyurdu: “İnkar edənlər sanmasınlar ki, onlara möhlət verməyimiz onlar üçün xeyirlidir. Onlara ancaq günahlarını artırmaları üçün fürsət verilib. Onlar üçün alçaldıcı bir əzab vardır.”

Həzrət Zeynəb də bu ayəni həm Kufədə valinin sarayında, həm də Şamda oxudu. İmam Hüseyn bu ayəni də oxuyur: “Allah möminləri (bu) olduğunuz vəziyyətdə buraan deyil. sonunda murdarı təmizdən ayıracaqdır.” Yəni barış və sükut, dönəmində təmiz və xəbis insanlar bir arada və yan-yana yaşayarlar, savaşda isə təmizlərlə xəbislər ayrılarlar və öz cəbhələrini müəyyən edərlər. İmam Hüseyn paklarla xəbisləri ayırmaq üçün qiyam etdiyini buyurur. Çünki insanlar sınağa çəkilmədikcə yaxşılarla pislər yan yanadır. Pakı xəbisdən, haqqı batildən ayırmaq yalnız imtahan yolu ilə mümkündür. İmam Hüseyn də Allahın imtahan vasitəsi idi və onun vasitəsi ilə insanlar imtahan olunaraq pisi yaxşıdan ayırır. Məsum imamın haqq olan inancı başqalarının inancını ölçmə vasitəsidir. Eyni zamanda məsumun vəsfləri və əməlləri də başqalarının vəsflərini və əməllərini ölçmə vasitəsidir.

Qurani-Kərim buyurur: “O gün tərəzi haqqdır.” Aydın olduğu kimi ayənin işrə etdiyi budur ki, qiyamətdə tərəzinin olduğu deyil, bir başa haqq olduğu vurğulanır. Yəni tərəziyə qoyulan inanc tərəzidən ibarət olan haqq ilə ölçüləcək.

Ayətullah Abdullah Cavadi Amuli