25 Noyabr 2024 - 25

25 Noyabr 2024 - 25

Kərbəla hadisəsinin qaçılmazlığı
03.06.2019

Erkən İslam çağında İslama vurulan ən böyük və ən mühüm zərbə İslam hökumətinin imamətdən şahlığa çevrilməsi idi. İmam Həsənin (ə) və Əli ibn Əbu Talibin hökuməti Şam şahlığına çevrildi. İmam Həsən Müctəba o zaman İslamın özünü qorumaqdan ibarət olan daha böyük bir məsləhət üçün buna dözməyə məcbur oldu. Hökuməti İmam Həsəndən (ə) aldılar. Hökumət özünün dini mərkəzindən xaric olub dünyagirlərin və dünya sahiblərinin ixtiyarına keçdikdə, bəllidir ki, sonra da Kərbəla hadisəsi baş verəcək. Bu zaman Kərbəla hadisəsi qarşısıalınmaz və qaçılmaz bir hadisə olacaq. İslam hökuməti əsas mərkəzindən, yəni imamətdən alınandan 20 il sonra Peyğəmbərin (s) övladı olan İmam Hüseyni (ə) Kərbəlada faciəli vəziyyətdə qətlə yetirdilər. Düşmənin əsas hücumu və planı budur ki, hökuməti əsl mərkəzindən, yəni imamət və din mərkəzindən xaric etsin. Əmindir ki, sonra istədiyi işi görə biləcək.

Ayətullah Xamenei