03 Dekabr 2025 - 3
"Məhərrəmlik bizim üçün çox önəmlidir, çünki bu ayda həzrət Peyğəmbərin (s) nəvəsi İmam Hüseynin (ə) babasının gətirdiyi sonuncu haqq olan dini qorumaq üçün zülmə qarşı qiyam etmiş, dini və müsəlmanlığı xilas etmişdir".
İmam Hüseynin (ə) qiyamı Peyğəmbərin (s) besəti, İmam Zamanın (ə.f) zühuru qədər əhəmiyyətlidir: "Çünki Aşura günü İmam Hüseyn (ə) İslamı xilas etdi, təkcə Yezidi deyil, hətta Müaviyədən başlanaraq yaşanan xilafətin İslama aid olmadığını bəlli etdi."
"İmam Hüseyn (ə) öz ilahi məqsədini, dinin və ümmətin xilası yolunda öz canından və əzizlərindən də keçməklə bizə fədakarlıq nümunəsi də miras qoydu. İmam Hüseyn (ə) haqq, azadlıq, ədalət yolunda neçə mübarizə aparmağı bizə öyrətdi.
İmam Hüseynin (ə) qiyamı haqqın batilə qələbəsinin növbəti nümunəsidr ki, Allah bizə İmam Hüseyn vasitəsilə bunu göstərdi".
Namiq Babaxan
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto