22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Kərbəlanı xatırladım, içim yandı, qovruldu... - Ahmet Taşgetiren
06.06.2019

Məhərrəmlik İslam tarixinin ən kədərli səhifələrinə şahidlik etdi. Və aşura günü, bütün İslam tarixinin ən böyük kədəri yaşandı.

Kərbəlanı Oxudum. İçim Yandı, qovruldu.

Necə, necə, necə olur bütün bu işlər? İnsanlıq necə olur ki, belə insanlığından soyunur, canavarların törədə biləcəyi bir vəhşəti törədər?

İslam dünyasında necə olur, Peyğəmbərin nəvəsi, nəvəsinin uşaqları, ac qurdlardan daha vəhşi bir dəstənin ox, mizraq, qılınc zərbələri altında can verirlər?

Fərat çayından bir damla su içmələrinə icazə vermədən həm də...

Həm də kəsilmiş başları mizraq uclarına taxılıb gəzilir...

İnsan deyilən varlıq haralara sürüklənir belə?

Deyir ki, Allah Rəsulunun reyhan ətirli nəvəsi qarşısındakı peyğəmbər hüququndan azacıq nəsibli ola biləcəyini düşündüyü, Peyğəmbər xatirəsinə azacıq hörmət bəsləyə biləcəyini ümid etdiyi, ürək daşıdığını sandığı canavarlara:

"Ey insanlar! Soyumu söyləyin, mən kiməm? Sonra özünüzə gəlin, nəfsinizi qınayın. Baxın, məni öldürməyiniz, hörmət bəsləməməyiniz sizə caizdirmi? Mən, Peyğəmbərinizin qızının oğlu deyiləmmi? Mən, Peyğəmbərinizin varisi və əmisi oğlunun oğlu deyiləmmi? Mən, hər kəsdən əvvəl Allaha iman edən və Peyğəmbərin risalətini təsdiq edən şəxsin oğlu deyiləmmi? Seyyid-uş Şühəda olan Həmzə, atamın əmisi deyilmi? Cəfəri-Təyyar əmim deyilmi? Peyğəmbərin mənim və qardaşım haqqındakı "Bu ikisi cənnət gənclərinin ağalarıdır" sözünü eşitməmisinizmi?

Əgər sözümü təsdiq etsəniz, bu söylədiyim sözlər bir həqiqətdir. Allaha and olsun ki, Allah Taalanın yalançıya qəzəb etdiyini və uydurduğu sözün zərərini özünə qarşı çevirdiyini bildiyim gündən bəri yalan danışmadım. Əgər məni yalançı hesab edirsinizsə, indi müsəlmanların arasında Peyğəmbərin əshabından olan kimsələr var; bunu onlardan soruşsanız onlar sizə deyər. Cabir ibn Abdullahi-Ənsari, Əbu Saidi-Xudri, Səhl ibn Sadis-Saidi, Zeyd ibn Ərkam və Ənəs ibn Malikdən soruşun, öyrənin; şübhəsiz onların hamısı, Rəsulullahın mənim və qardaşımın (Həsənin) haqqında buyurduğu sözü duymuşdur. Bu sözlər, sizi qanımı dökməkdən yayındırmırmı?

Mən və qardaşım haqqında Peyğəmbərin buyurduğu bu sözdə şübhəniz varsa mənim Peyğəmbərinizin qızının oğlu olduğumda da şübhə edirsiniz? Çox təəssüflər! Görəsən öldürdüyüm adam və ya zərər vurduğum bir mal yaxud (sizə vurduğum) bir yara qarşılığındamı məni cəzalandırmaq istəyirsiniz?

Ey insanlar! Allaha and olsun bundan sonra süvarinin miniyə minib meydanda gəzdiyi müddətdə dünyada qalarsınız. Bu sözü atam, cəddim Rəsulullahdan mənə nəql etdi. Bilin ki, Hüseynin ümidi ancaq uca Allahadır. Çünki həyatı Allahın qüdrəti əlində olmayan şəxs yoxdur."

Ürəklər ürpərməz. ürəklərin içi boşalmışdır sanki... Orada, sinələrinin altında ürək yerinə bir qaya parçası vardır sanki...

Oxlar, qılınclar və mizraqlar danışır ürəklərin yerinə... qan danışır. Söz, vəhşiliyə verilib.

Həzrət Hüseynlə birlikdə Mədinədən gələnlər bir-bir şəhid olurlar. Hər birinin şəhadəti ayrı bir dastandır. Onlardan biri Əbuzər Qiffarinin köləsi Covndir. Cevn, İmam Hüseyinin huzuruna çıxaraq meydana girmək üçün icazə verməyini istəyir.

Həzrəti Hüseyn: "Ey Cevn, deyir, sən əminanamlıq və asayiş ümidiylə bizimlə buraya qədər gəldin; indi özün istəyən yolla gedə bilərsən."

Covn həzrət Hüseynin (ə) ayaqlarına qapanaraq belə deyir: "Ey mənim imamım! Mən pis qoxulu, əsl-nəsli olmayan və rəngi qara bir köləyəm. Gözəl qoxulu, şərəfli əsl-nəsli və bəyaz rəngli olmağım üçün cənnətə girməyimə icazə ver. Allaha and olsun ki, mənim qara qanım siz Rəsulullahın (s) Əhli-beytinin pak qanlarına qarışına qədər sizdən əl çəkməyəcəyəm".

Bundan sonra həzrət Hüseyn Covnə icazə verir. Covn meydana girir, vuruşur və şəhid olur. Həzrət Hüseyn onun başının üstündə durub buyurdu ki: "Allahım! Onun üzünü ağ et, qoxusunu gözəlləşdir, onu saleh şəxslərlə həşr et və onu Muhəmməd və Əhli-Beytiylə həşr et".

Artıq növbə Əhli-Beytindir. Əhli-Beytdən savaş meydanına ilk çıxan həzrət Hüseyinin böyük oğlu Əli Əkbər olur. Əli Əkbər, nəvələr içində Rəsulullaha ən çox oxşayanıdır. O döyüşə gedərkən həzrət Hüseyn "Allahım! Şahid ol ki, xalq içində Peyğəmbərin Muhəmmədə ən çox oxşayanı bu qövmün üzerinə gedir. Biz Peyğəmbəri görmək istəyəndə ona baxırdıq. Allahım!" deyərək yola salır. Əli Əkbər parça-parça edilir vahşilər tərəfindən.

Həzrət Həsənin oğlu Qasım, döyüşə atılar və şəhid olar. Onda 13 yaşında idi.

Heç bir şey, heç bir şey ürəklərini yumşaltmaz bu vəhşilərin.

Sonra... Heç anlatılamayacaq şeylər oldu. Sovruldu göylərə Şəhid Hüseynin və Əhli-Beytin müəzzəz qanları...

Ondan sonra susmayan bir ağı vardır möminlərin könlündə... Bir yara... Bir sancı... Bir yarğan, bir uçurum...

Bir də dərs olsa keşkə...

Nələri və necə unudur insanlar, gözləri və könüllərini qan tutanda... Nələri və necə ayaqlayır... Peyğəmbər əmanətinə qılınc çəkmək... Bu necə bir işdir! Və Peyğəmbərin (s) axirətə köçməsindən yalnız yarım əsr sonra... Peyğəmbər nəslinin hələ yer üzündə yaşadığı bir vaxtda! Bu necə olur?!

Bir ibrət dərsi! İqtidar həvəsini, qəbilə-qövm mənsubiyyətini müsəlmanlığın, müqəddəs dəyərlərin, Peyğəmbər xatirəsinin önünə keçirməmək üçün diqqətli olmaq!... /irfandergisi/

Ahmet Taşgetiren