20 May 2024 - 20

20 May 2024 - 20

Ey atamdan mehriban, ey qəmgüsarım gəl, əmi,
07.06.2019

Əmisi Hüseynə (ə) xitabı

Ey atamdan mehriban, ey qəmqüsarım gəl, əmi,
Düşmüşəm meydani-qəmdə tacidarım gəl, əmi.

Eşqinin sərgəştəsi vəsl aləmi mədhuş olur,
Gəlməsən tiri-fəraqə qəlbi-zarım tuş olur,
Qıl qədəm rəncə çıraği Müctəba xamuş olur,
Ver şərəf qurbanə artsın iftixarım, gəl, əmi.

Sən xəlili-eşqisən bu yer Minayi-eşqidir,
Yarə xatir yaralanmaq xoş səfayi-eşqidir,
Olsa məqbul Xuda Qasim fədayi-eşqidir,
Xəncər altda nami-canandır şüarım gəl, əmi.

Ey Süleyman, qüssədən gəl xatirim azad ola,
Murəbi miqdarə bax qəmli könül ta şad ola,
Əkbərə qoşdun məni-zari evin abad ola,
Gözlərim qurban çoxaltdın etibarım, gəl, əmi.

Yaxşı bəhrə verdi bu az ömrünün sərmayəsi,
Başıma üç sinnidən düşdü səadət sayəsi,
Bəxtə bax öldüm əmoğlum Əkbərin həmpayəsi,
Şənimi artır bu saət şahpərim, gəl, əmi.

Fikr qılma gəlməyindən ərzi-hacətdir nəzər,
Olsa zəhmətdə mənə əxzi-səadətdir nəzər,
Məqdəmin bus eyləmək birdə ziyarətdir nəzər,
Candı payəndazi-məqdəm əldə varım, gəl, əmi

Qatilim namərdidir, yoxdur ümidim bir kəsə,
Zülmidə təcil edirsən gəlməmiş başım kəsə,
Ömrümün gülzarına az qaldı badi-qəm əsə,
Az qalır dönsün xəzanə növbəharım, gəl, əmi.

Halıma yox bir kəsim səndən sora sən tək yana,
Bu yanar oddan özün gəl Qasimi çək bir yana,
Xeyməmə həml eyləsən qoy Əkbər ilə yanyana,
Çün olub onuyla mənim gəştü-güzarım, gəl, əmi.

Lütf edib gəlsən bu saət başım üstə məqtələ,
Gözləri aydın görürsən, var çətin bir mərhələ,
Düşmənimdə yox mürüvvət kakilim almış ələ,
Suzi-ahımdan əyandır hali-zarim, gəl,əmi.

Mən yetiməm, xahişim salma yerə etmə məlul,
Başım üstə baş açıblar Murtəza ilə Bətul,
Sən buyursan Müctəba qurbanlığa oldu qəbul,
Səd bərabər artırar şəni-vüqarım, gəl, əmi.

Son nəfəsdə cani-Əsğər qalmayıb məndə şəkib,
Mərhəmət eylə mənə didarın olsun bir nəsib,
Aşiqəm mən, dərdimin dərmanı sənsən ey təbib,
Yoxsa bu müşgül, sənlə nə karım, gəl, əmi.