22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Yezidin axmaq gözləntisi Və İmam Hüseynin izzət məktəbi
12.06.2019

Əgər Yezid hökuməti tərəfindən bu yersiz və axmaq gözlənti olmasaydı, İmam Hüseynin də Müaviyə dövründəki və özündən sonrakı imamlar kimi hidayət bayrağını ucaldıb xalqı hidayət etməsi, həqiqətləri deməsi mümkün idi. Lakin o, cahillikdən, təkəbbürlülükdən, insani dəyərlərdən və mənəviyyatdan uzaq olduğuna görə bir addım daha irəliyə keçib İmam Hüseynin İslam imamətini tağut şahlığına çevirməyə dair bu qara namə altından imzasını qoymasını, yəni beyət etməsini gözlədi. İmam Hüseyn (ə) buyurdu ki, mənim kimi birisi onun kimi birisi ilə beyət etməz. Hüseyn (ə) belə bir imza atmayacaq. İmam Hüseyn əbədi olaraq haqq bayrağı kimi qalmalıdır. Haqq bayrağı batil sırasında yer ala bilməz, batilin rəngini götürə bilməz. Buna görə İmam Hüseyn (ə) buyurdu: “Zillət bizdən uzaqdır”.

İmam Hüseynin (ə) hərəkəti izzət hərəkəti idi, haqqın izzəti, dinin izzəti, imamətin izzəti, Peyğəmbərin (s) təqdim etdiyi yolun izzəti. İmam Hüseyn (ə) izzətin timsalı idi və möhkəm dayandığından fəxrə də səbəb oldu. Bu, Hüseyn (ə) izzəti və iftixarıdır. Bəzən bir nəfər bir söz danışır, sözü danışmış və məqsədini demişdir, lakin o sözün üstündə dayanmır, geriyə çəkilir. Bu daha fəxr edə bilməz. Fəxr o insana, xalqa və topluma məxsusdur ki, sözlərinin üstündə durub, ucaltdıqları bayrağı tufanların məhv etməsinə və yatırmasına qoymasınlar. İmam Hüseyn (ə) bu bayrağı möhkəm saxladı, əzizlərinin şəhidliyinə, şərafətli ailəsinin əsirliyinə qədər dayandı. İnqilabi bir hərəkətdə izzət və fəxr budur.

Ayətullah Xamenei