23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Öpərik bu təşti cami, edərik fəğan Əbülfəz
15.06.2019

Öpərik bu təşti cami, edərik fəğan Əbülfəz
İki qolların su üstə, qələm oldu can Əbülfəz

Sənin ol müqəddəs adın, yazılıbdı təşti-camə
Edirik Hüseyn əzasın, adüvə biz ya Əbülfəz
Nə qədər cahanda su var, tapacaq bu qəm idamə
Su görəndə əhli-aləm, deyəcəkdi can Əbülfəz!

Eliyir adın gələndə, sənə kainati təzim
O məzarüvə həmişə, eyliyir Fərati təzim
Sənə həşr olunca eylər, hamı paki zati təzim
Aduva həmişə təzim, eyləyir cahan Əbülfəz

Bu məqamü-şənivi yox, eliyən cahanda inkar
Eyliyir vüsuli-izzət, qapuva dəxil olanlar
Sənə dərdini həmişə, eyliyən ürəkdə izhar
O nəhani-dərdə dərman, olacaq əyan Əbülfəz

Necə yanmıyaq bu qəmdən, necə gəlmiyək fəğanə
Necə xuni-qəlbi gözdən üzə etmiyək rəvanə
Boyanıb sənin su məşgin, su yolunda ləxtə qanə
Su görəndə seyli-əşgi, edirik rəvan Əbülfəz

Yetişəndə başın üstə, şəhi teşnə gördü nagəh
Səni torpağa yıxıblar, sitəmilə qövmi gümrah
Başın üstə açdı başın, dedi vay vəzirim ol şah
Başuvi alıb diz üstə, şəhi insü-can Əbülfəz

Dedi dur ayağə qoyma, məni bi kömək bu çöldə
Gülür əşqiya görəndə, məni beylə tək bu çöldə
Ürəyim yanır əlin yox, verək əl-ələ bu çöldə
Eliyir bu qəmli ahın, məni bağrı qan Əbülfəz

Sənin adın ilə “Nasir” dilini edibdi mənus
Onu daimən bəladən, eləyən adını məhrus
Budur arizusi dildə, ola bir də asitan bus
Öpə pak dərgəhindən, ala tazə can Əbülfəz