22 Noyabr 2024 - 22
”Əgər aparıcı insanlar dünyanı seçsələr, onda necə?” Ümumiyyətlə, dünya nədir? Dünya - yəni pul, yəni ev, yəni ehtiras, yəni vəzifə, yəni ad-san, yəni post və vəzifə və yəni can. Əgər kimlərsə canlarını qorumaq üçün Allahın yolunu tərk etsələr, haqqı deməyin lazım olduğu yerdə deməsələr, canlarının təhlükəyə düşməsindən qorxsalar, yaxud vəzifələri üçün, peşələri üçün, pulları üçün, övlada, ailəyə, yaxınlarına və dostlarına məhəbbətləri üçün Allahın yolunu tərk etsələr, o zaman hüseynilər Kərbəlaya gedəcək və qətlgaha aparılacaqlar. O zaman yezidlər iş başına gələcək, Bəni-Üməyyə Peyğəmbərin (s) qurduğu bir ölkədə min ay hakimiyyət sürəcək, imamət şahlığa çevriləcək. İslam cəmiyyəti imamət cəmiyyətidir, yəni cəmiyyətin başında imam durur. Bu insanın gücü var, lakin xalq imanla və ürəkdən ona itaət göstərirlər, onların rəhbəridir. Sultan və padşah isə xalqa zorla və güclə hakimiyyət edəndir. Xalq onu sevmir, qəbul etmir, ona inanmır, eyni zamanda zorla və güclə xalqa hakimiyyət edirlər.
Bəni-Üməyyə İslamda olan imaməti şahlığa və sultanlığa çevirib min ay - yəni 90 il böyük İslam dövlətində hakimiyyətdə oldu. Bəni-Üməyyənin əsasını qoyduğu əyri bina elə idi ki, onların əleyhinə baş verən inqilabdan və onların süqutundan sonra da həmin yanlış struktur Bəni-Abbasın ixtiyarına keçdi. Bəni-Abbas 6 əsrə qədər Peyğəmbərin (s) xəlifəsi və canişini adı ilə İslam dünyasına hakim oldular. Bu xanədanın xəlifələri, yaxud daha doğrusu padşahları şərab, fəsad, pozğunluq, xəbislik, dünyagirlik, zadəganlıq və min növ başqa fəsad və günah adamı idilər; dünyanın digər padşahları kimi. Onlar məscidə gedib xalq üçün namaz qılırdılar, camaat da onlara iqtida edirdi. O iqtidar bir qədər çarəsizlikdən və daha çox səhv və yanlış etiqadlardan qaynaqlanırdı. Çünki xalqın etiqadını korlamışdılar. Bəli, haqq tərəfdarı olan aparıcı insanlar, yaxud onların böyük əksəriyyəti bir cəmiyyətdə mahiyyətlərini dəyişdirib yalnız öz dünyalarına əhəmiyyətli yanaşdıqda, can qorxusundan, sərvətlərinin azalmasının qorxusundan, məqam və vəzifələrinin əldən çıxması qorxusundan, pis baxılması qorxusundan və yalqız qalmaq qorxusundan batil hakimiyyətini qəbul edib batil qarşısında dayanmadıqda, haqqı müdafiə etmədikdə, canlarını təhlükəyə salmadıqda, o zaman İslam dünyasında Hüseyn ibn Əlinin (ə) elə vəziyyətdə şəhidlik faciəsi başlanır, hakimiyyət Bəni-Üməyyəyə, onun Mərvan qanadına, sonra Bəni-Abbasa və İslam dünyasında bu günə qədər davam edən şahlar silsiləsinə çatır. Bu gün İslam dünyasına, İslamın müxtəlif ölkələrinə, Allah evinin və Peyğəmbər (s) şəhərinin yerləşdiyi məmləkətə baxsanız, hansı fasiq və günahkarların hakimiyyət başında olduğunu görərsiniz.
Ayətullah Xamenei