03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

Hində bidar ol, fələk xar eyləyən Zeynəb mənəm
19.06.2019

Hində bidar ol, fələk xar eyləyən Zeynəb mənəm
Hindələr hicrində bimar eyləyən Zeynəb mənəm

Sil gözün diqqətlə bir bax, bu ağarmış saçlara
Sən əziz günlərdə didar eyləyən Zeynəb mənəm
Düşmüşəm mən ovci izzətdən həziz zillətə
Allah, Allah şükrü dadar eyləyən Zeynəb mənəm
Beş yaşımdan yağdırıb, gərdun bəlalar başıma
Möhnəti Zəhranı təkrar eyləyən Zeynəb mənəm
Sineyi-Zəhranın əsrarı mənim sinəmdədir
Əlli ildir, hifzi əsrar eyləyən Zeynəb mənəm
Həmleyi əşrardan qəlbimdə bir qan bağlanıb
Qan olan qəlbin əzadar eyləyən Zeynəb mənəm
Ləhzeyi-böhranda mabeyni dəru-divarda
Bazdidi nəqşi divar eyləyən Zeynəb mənəm
Düzdü ki, məndən qabaq Fizzə yetişdi dadına
Lakin əvvəl didə xunbar eyləyən Zeynəb mənəm
Görməmişdim yarə ömrümdə yarasın bağlardım
Xoşkbəndi zəxmi mismar eyləyən Zeynəb mənəm
Yummadım göz, başının üstündə yetmiş beş gecə
Fikri sübhu-şam birmar eyləyən Zeynəb mənəm
Qəsrə getsən ver Yezidə bir elani xətər
Əgər olsan əvvəl ixtar eyləyən Zeynəb mənəm
Sən denən məğrursan aləmdə təxti-tacına
Aqibət təxtin nigunsar eyləyən Zeynəb mənəm
Kuçə-bazar içrə gəzdirdin məni hər şəhərdə
Kuçələrdə nəşri əxbar eyləyən Zeynəb mənəm
Hər məta Şamə həml olsa tənaba bağlanar
Dəst bəstə seyri bazar eyləyən Zeynəb mənəm
İctimaat içrə görsənmək şikəst olmaz bizə
Nitqim ilən xəlqi bidar eyləyən Zeynəb mənəm
İl başa dəyməz həmin Şamatı qıllam ziru-ru
Həqqi çün bipərdə izhar eyləyən Zeynəb mənəm
Hey təqiyyəylən bir iddə yıxdı İslamın evin
Ta varam tənvir əfkar eyləyən Zeynəb mənəm
Toprağımda səslər ölsəm, ya nəsaratul-Hüseyn
Cəmi foci yaru-ənsar eyləyən Zeynəb mənəm
Oldu bu hürriyyətə çün Ali-Haşim pişmərg
Həşrəcək təşviqi əhrar eyləyən Zeynəb mənəm
Ey cəvanmərdani aləm can sizin, can dinizin
İrzu-namus üstə isar eyləyən Zeynəb mənəm
Ey zənani bavəqar, ey madərani xanədar
Xanədari fərzi dindar eyləyən Zeynəb mənəm
Oğluna əgər pak süd versən mənim xəttimdəsən
Orətə təyini meyar eyləyən Zeynəb mənəm
Bisəbəb müstəxdimi mərdani namərd olmayın
Bu pəyamı gündə təkrar eyləyən Zeynəb mənəm
Əlli dörd ildə məni gün görməmişdi baş açıq
Çərxi naməhrəm bilib ar eyləyən Zeynəb mənəm
Sən görübsən mən gedəndə rozeyi-Peyğəmbərə
Nisfi şəbdə sətri rüxsar eyləyən Zeynəb mənəm
Bir fəqət rüxsarımı gün gördü Aşura günü
Məğribə getmirdi vadar eyləyən Zeynəb mənəm
Hində huşyar ol qulaq ver gör çəkib başım nələr
Cəddimi qodalə ehzar eyləyən Zeynəb mənəm
Bilmirəm nə halda görmüşdü anam Zəhra məni
Mərhəba şənində təkrar eyləyən Zeynəb mənəm
Sərgüzəştim öz kəfi dəstimdə xana nəqş olub
Şimrilən məqtəldə peykar eyləyən Zeynəb mənəm
Xəncərə israr qıldıqca o yeddi mərtəbə
Şimrə də qeyzilə israr eyləyən Zeynəb mənəm
İndi də üstümdədir həştad əsirin möhnəti
Canımı hər dərdə həmvar eyləyən Zeynəb mənəm
Əl götürsəm qardaşım qızları güldən tez solar
Bağbantək hifzi gülzar eyləyən Zeynəb mənəm
Bir də var bir xahişim ey Hindeyi-ali seyr
Bir bu möhnət qəlbini zar eyləyən Zeynəb mənəm
Ver nəsihət bu qızın xəlqə şəmatət etməsin
Hər nə nisbət versə inkar eyləyən Zeynəb mənəm
Sən ona tapşır daxi viransərayə gəlməsin
Gəlsə sübhün çün şəbi tar eyləyən Zeynəb mənəm
Tay-tuşun tapsın Rüqəyyəmdən nə istir dəmbədəm
Hər sözü var meyli qoftar eyləyən Zeynəb mənəm
Pəstzarə hey danışdıqca vurur dil yarəsi
Tənəsindən çöhrə gülnar eyləyən Zeynəb mənəm
Yox ləyaqət onda dindirsin Peyğəmbər qızların
İntixabi yaru-ağyar eyləyən Zeynəb mənəm
Münzəvi fikr etmə şah qaçsa nə təbliğ eylərik
Dilləri məmlüvvi-qoftar eyləyən Zeynəb mənəm
Həşrəcək həqq söz qutarmaz sən də məntək həqq danış
Həşridə təsdiqi əşar eyləyən Zeynəb mənəm