09 May 2024 - 9

09 May 2024 - 9

Hürr-şərməndəyəm ey şah pənah axtarıram
21.06.2019

Hürrün zəban halı


Hürr-şərməndəyəm ey şah pənah axtarıram,
Gəlmişəm dərgəhüvə izzətü-cah axtarıram.

Mən həmin zalım idim zülmidə tüğyan elədim,
Fatimə qızlarını qəlbi pərişan elədim,
O cəsarət ki, Hüseynə məni-nadan elədim,
Gəlmişəm xətti-aman, əfvi-günah axtarıram.

Yetirib şaha deyin bəndəyi-şərməndə gəlibə,
Ya Hüseyn, Hürri-sərəfkəndə pənahəndə gəlib,
Qapına bir üzü qarə əli boş bəndə gəlib,
Halıma guşeyi-çeşminlə negah axtarıram.

Görmədim ali-Yəzidin səri-rahində şərəf,
Nə əmrində ədəb var, nə sipahində şərəf,
Nə libasında fəzilət,nə kulahində şərəf,
Mən bu dərbari-şərafətdə kolah axtarıram.

Mən əzəl fikr elədim iş belə gəlməz qabağa,
Kimdi şəmşir çəkə dəvət olunmuş qonağa,
Məni əfv eylə bağışla, yolunu kəsdim ağa,
İndi babi-kərəm və rəhməti-rah axtarıram.

Atanın həqqinə verrəm qəsəm ey şah səni,
Qapına qan eləyib gəlmişəm əfv eylə məni,
Siz şərəf mə`dənisiz, rədd eləməzsiz gələni,
Tövbəyi-rusiyah və namə siyah axtarıram.

Dərdimin çarəsini səndə fəqət görrəm ağa,
Daməni vəslini əldən necə mən verrəm, ağa,
Mən əgər Hürrəm, elə bu qapıda hürrəm ağa,
Üstüxani-kərəmin gah be gah axtarıram.

Gəlmişəm cürmü-xəta dəftərin əşkilə siləm,
Öpəm Əkbərin əlin, Əsğərə qurban kəsiləm,
Sən su verdin mənə yollarda,mən əlan xəciləm,
Rusefid ölmyəimi xahi-naxah axtarıram.

Məndən üz döndərib əsrarımı ifşa eləmə,
Küfrümü səfheyi-tarixidə imza eləmə,
Qapıdan qovma Hüseyncan, məni rüsvay eləmə,
Göz yaşım qana dönüb, sinədə ah axtarıram.

Gecə başından olan xəlqi-pərakəndə sənin,
Hər biri şə`ninə olmazdı bərazəndə sənin,
Bu qulamım sənin oğlum da sənin,mən də sənin,
Bu sınıq ləşkər mə`duduma şah axtarıram.

Şühədaya eliyibsən nə kəramət bilirəm,
Öz məqamın hamı eylib gecə rö`yət bilirəm,
Şühəda huri görüb, mən səni cənnət bilirəm,
Qeybə iman gətirib əmnü-rifah axtarıram.

Ar ola cənnəti sənsiz biri gər yadə sala,
Gedirəm qoyma bu nisgil vəli qəlbimdə qala,
Göndər Əbbası bacından mənə hilliyət ala,
Özümün gəlmir üzüm lütfü səfa axtarıram.