21 Noyabr 2024 - 21
İmamın Zeynəblə (ə) zəban halı
Al pərçəmi-risaləti himmətlə çiyninə,
Qüdrətlə saxla ləşgər həqqə ləva bacı.
Kaxi-Yezidi məntiq ilə ziru-ru eylə,
Etmə sipahi-düşmənə heç etina, bacı.
Yığ pərşikəstə qızlarımı ziri-sayənə,
Sənsən ümüdü-məlcəi-ali-əba, bacı.
Vəqtim keçir, yubansam edəllər səda məni,
Xəncər əlində gözləyir əhli-cəfa, bacı.
Ətrafımı alıb balalar qoymayır gedəm,
Al qızların əlindən özün sal yola, bacı.
Kəsmiş qabağımı bu ğəzəlani-xun cigər,
Həsrətlə tək-təki edir ahu-nəva, bacı.
Gəl Zeynəbim, amandı çətin oldu məsələ,
Göz yaşları bu qəlbimi eləyir yarə, bacı.
Heç bilmirəm Səkinəmi aram edim necə,
Qəmlər əlində təngə gəlib bu bala, bacı.
Məndən sonra bəlalı başın çox bəla çəkər,
Axır sizi əsir edəcək əşqiya, bacı.
Söz yox ki, tək-təkiz olacaqsız əsiri-qəm,
Aləm sizə yəqin olar möhnətsəra, bacı.
Salma nəzərdən ahu baxışlı Səkinəmi,
Olmaz cahanda möhnəti qəmdən rəha, bacı.
Atlar qabağına salacaqlar o bikəsi,
Az sinnidə çəkər qəmi biintəha, bacı.
Gün görməyən camalına sili vurar ədu,
Həmdəm olar bəlalara getsə hara, bacı.
Şamın yolunda naqənin üstdən düşər yerə,
Səslər səni haraya o biəqraba, bacı.