24 Noyabr 2024 - 24
Aşura ziyarəti bir ziyarətdir ki, təbərra və təvəlladan ən çox söhbət açır. Bu ziyarətin sənədində heç bir şəkk yoxdur və İmam Baqir (ə) tərəfindən Əlqəməyə nəql edilmişdir. Bu ziyarət Allah tərəfindən Cəbrayilə (ə) və onun vasitəsilə də Peyğəmbərə (s) öyrədilmişdir.
Bu ziyarəti oxumağın çox sayda savabı vardır. O cümlədən İmam Baqirin (ə) buyurduğu kimi, həmin insana min həsənə yazılar, min pis əməli məhv edilər, dərəcəsi min dəfə artar və İmam Hüseynlə (ə) şəhid olanlarla Qiyamət günü məhşur olar.(Tebyan)
Bu ziyarətin ən mühüm və önəmli hissəsi lənətlər hissəsidir ki, fəqərələri vardır.
O zaman ki, insanın həyatda hədəfi və əqidəsi olar, heç bir zaman laqeyd bir insan ola bilməz. Çünki Allah ona dərk və şüur vermişdir və bu şüurun vasitəsilə mənfi hadisələrə reaksiya verməlidir. Əks halda o, insan olmazdı. İslam dini “Lə iləhə illəllah” kəlməsi ilə başlamışdır. Bu cümlənin iki fəqərəsi vardır: təvəlla və təbərra.
Aşura ziyarətində olan lənətlərdən biri də həmin bu fəqərələrdən biridir. Lənətlərin özü də iki fəqərəyə bölünür.
1. Ümümi lənətlər ki, 12 lənət bura daxil edilmişdir.
a) Allah lənət etsin o ümmətə ki, zülm binasını siz Əhli-beytin (ə) üzərində qurmuşdur.
b) Allah lənət etsin o qəbiləyə ki, sizi məqamınızdan ayırmışdır. Allahın sizə verdiyi dərəcənizdən uzaqlaşdırmışdır.
c) Allah lənət etsin sizi öldürən ümmətə.
d) Allah lənət etsin o kəslərə ki, sizinlə döyüşmək imkanını onlar üçün hazır etmişdir
e) Allah ali-Ziyad və ali-Mərvana lənət etsin.
f) Allah bütün Bəni-Üməyyəyə lənət etsin.
g) Allah lənət etsin o ümmətə ki, atlarını hazırlamış və sizinlə vuruşmaq üçün atlarına yüyən vurmuşdular.
h) Allahım, lənət et ilk zalıma ki, Muhəmməd (s) və Ali-Muhəmməd (ə) haqqında zülm etmişdir.
i) Allahım, lənət et o dəstəyə ki, İmam Hüseynlə (ə) döyüşdülər.
j) Allahım, onların hamısını lənətlə.
k) Allahım, Peyğəmbərinin (s) itrətinə ilk zülm edən kəsə xüsusi lənət et.
l) Ali-Muhəmməd (ə) düşmənlərini əvvəldən axıra qədər lənət et.
Bu dediklərimiz ümumi lənətlər idi və lənətlərin xüsusi hissəsi vardır ki, zalımların sərkərdələrinə və başçılarına aid edilir.
a) Allah Mərcanənin övladına lənət etsin.
b) Allah Ömər Sədə lənət etsin.
c) Allah Şimrə lənət etsin.
d) Allahım, Əbu Süfyana, Müaviyəyə, Yezid ibni Müaviyəyə həmişə lənət göndər!
Bu deyilən lənətlər xüsusi kin və küdurət üzündən deyilməmişdir. Zülmü və zalıma yardım edənləri açıqlayıb göstərmişdir. Əgər xüsusi kiminsə adı çəkilmişdirsə, o deməkdir ki, həmin şəxs zalım ünvanını qazanmışdır.