21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Ərbəin zəvvarlarının hərəkəti üçün Bağdad-Kərbəla yolunda yenidənqurma işləri aparılır
27.07.2019
İraq hökuməti Bağdad-Kərbəla yolunda Ərəbəin zəvvarlarının hərəkəti üçün yolda yenidənqurma işləri həyata keçirir.

Hazırda Bağdad şəhərində Kərbəla şəhəri istiqamətinə 5 kilometr yol Ərbəində piyada yürüş edən zəvvarlar üçün hazırlanıb. Yolun qalan hissəsində də yenidənqurma işləri davam etdirilir.

Qeyd edək ki, Bağdad-Kərbəla yolu ilə Ərbəin ziyarətinə Bağdad şəhər sakinləri ilə yanaşı Kərkük, Diyali, Səlahəddin və Ərbil əyalətlərinin də əhalisi piyada Kərbəlaya gedir.

Bundan başqa təyyarə ilə Bağdada gələn əcnəbi zəvvarlarda bu yoldan istifadə edir.

Xatırladaq ki, İran Ərbəin günlərində Xosrəvi sərhəd-keçid məntəqəsinin açıq olacağın və zəvvarların bu istiqamətdən ziyarətə gedə biləcəyini açıqlayıb.

Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 19 oktyabr tarixinə təsadüf edir.

Maide