21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Dünyəvi hesabların ən pis örnəyi – Ubeydullah ibn Ziyad
03.09.2019

Tarixin böyük zalımlarından birisi. Hər kəsin “Zalım” adı ilə tanıdığı Həccac b. Yusuf b. əl-Hakəm əs-Səqafidən geri qalmayan başqa bir zalım Ubeydullah b. Ziyad. Həccacdan bircə fərqi var, o da Məkkəni mancanaqlarla işğal etməməsidir. Əllərində Hüseynin qanı olan bir şəxsdir. Ubeydullah b. Ziyad Yezidin zülm adına uzatdığı bir əl idi. Elə bir zaman gəldi ki insanlar Ubeydullahın adı gələndə qorxudan tir-tir əsərdilər. Zülmü insanların dilində dolaşırdı.

Kərbəla hadisəsində ən öndə gələn şəxslərdən biri. Bəs bunu nə adına etdi? Dünyalıq bəzi şeyləri əldə etmək üçün. Bəs o da bu əldə etdiyi qənimətlərinin səfasını çəkə bildimi? Xeyir. Kərbəladan sonra cəmi 6 il yaşadı. Muxtar əs-Səqafinin başlatdığı hərəkətdə o da öldürüldü. Özüdə bir aşurə günü. Onun da başı bədənindən ayrıldı. Etdiklərinin eynisi öz başına da gəldi. Və dünyada pis bir ad buraxaraq getdi.