03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

Baxdı çün Əkbərinin nizədə Leyla üzünə
13.09.2019

Baxdı çün Əkbərinin nizədə Leyla üzünə,
Gördü zülfü tökülüb, çün şəbi-leyla üzünə.

Gəldi şurə dedi: - Ey şə`mi-şəbistanım oğul,
Yetmədin kami-muradə məhi-tabanım oğul,
Həşrətək dildə qalıb çıxmadı bu canım, oğul,
Gəlməyəydi anan, ey kaş, bu dünya üzünə.

Ey səba! Bircə əs, ol zülfi-pərişanı dağıt,
Xanimani-dili-viraneyi-Leylanı dağıt,
Dili-viraneyi-Leyla kimi dünyanı dağıt,
Qoyma düşsün dəxi ol zülfü-səmənsa üzünə.

Çün kənar etdi səba zülfi-şikən pürşikəni,
Görünüb haşimi xalilə xətu vəlhəsəni,
Məhv olub cümləsi, tökdülər dəfi-dairəni,
Bir baxıb Əkbərə, bir baxdılar Leyla üzünə.

Qaşların tağı, oğul sureyi-Yasin oxuyur,
Baxsa hər kim üzünə, ayeyi-Tahəsin oxuyur,
Əhli-Qurandu bular, cümləsi "Ta-Sin" oxuyur,
Necə çəkdilər qılınc, məzhəri--"Ta ha" üzünə.

Dedilər:-- Kimdu bu övrət bizi nalan eləyən,
Yoxsa Leyladu bu Məcnun kimi əfqan eləyən,
Səni, ey tazə cavan, qanına qəltan eləyən,
Necə məhşərdə baxar həzrəti-Zəhra üzünə?

Etdilər cahi-zənəxdanına həsrətlə nəzər,
Zər xirid olmaq üçün bir-birinə verdi xəbər,
Tökdülər, Şam züleyxaları çün əşki-bəsər,
Baxdılar həsrət ilə Yusifi-Bədha üzünə.

Arizin səfheyi-incili-Xudavəndi-vədud,
Nizə başında başın, həm oxuyur süreyi-"Hud",
Deyəsən, nizə ayağında durub qövmi-yəxud,
Darın üstündə baxırlar hamı İsa üzünə.

Məzhəri-Hüsni-peyğəmbər rüxi-alındu sənin,
Ayeyi-"Şəmsi-Züha" mehri-cəmalındu sənin,
Sureyi-"Nunu-qələm" həşimi-xalındu sənin,
Kakilin pərdə çəkib "Leylətül-Əsra" üzünə.

Başdakı şuri-şəhadətü sənin tacın, oğul,
Arizin Kəbə, hərəmlər hamı hüccacın, oğul,
Rəfrəfin, nizə, mübarəkdü bu meracın, oğul,
Qaşların qiblədü "Qövseyi-ov-ədna" üzünə.

Gəh üzün, ayineyi-müshəfi-Tövratü Zəbur,
Atəşi-Turi-təcəlladü camalında zühur,
Misridür Şam bu qibtilərə, ya vadiyi-Tur,
Ali-Fir`on gəlib baxmağa Musa üzünə.

Sabira, hər il əza saxla Əliəkbərə sən,
Kərbəladə gedib ağla o şəhi-davərə sən,
Gəl, qiyamətdə bu cəm ilə səfi-məhşərə sən,
Qalma həsrət iki dünyadə bu Mövla üzünə.

Mirzə Ələkbər Sabir