28 Oktyabr 2025 - 28
Əbul-Qasim Cəfər ibn Muhəmməd ibn Qavləveyh Qumi öz sənədləri ilə nəql edir: "Müaviyə ibn Vəhəb İmam Sadiqin (ə) ona belə söylədiyini nəql edir: "Ey Müaviyə, İmam Hüseynin (ə) ziyarətini qorxudan tərk etmə. Çünki onun ziyarətini tərk edən şəxs qəbrinin onun qəbri yanında olmasını diləyərək təəssüf edəcək.
Məgər istəmirsən ki, Allah səni və adını Peyğəmbərin (s) Əlinin (ə) Fatimənin (ə) və İmamların barələrində dua etdiyi şəxslərin arasında görsün?! Məgər istəmirsən ki, bütün keçmiş günahları və yetmişillik gələcək günahları bağışlanmış şəxs kimi qayıdasan?! Dünyadan heç bir günahı olmayan şəxs kimi köçmək istəmirsən?! Sabah Peyğəmbərlə (s) əlbəəl verib görüşən şəxslərdən olmaq istəmirsən?!"".
Davud ibn Kəsir İmam Sadiqdən (ə) nəql edir: "Həqiqətən də Peyğəmbərin (s) qızı Fatimə (ə) oğlu Hüseynin (ə) qəbrinin zəvvarlarına baş çəkir və onların günahları üçün Allahdan bağışlanma diləyir".
(Mənbə: "Kamiluz-Ziyarat" 40-cı bab)
Elnur Əlizadə
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto