22 Noyabr 2024 - 22
Hər kəsin bu məktəbdə olan bu nuru yaşatma missiyası var. Bu əyyam təkcə Tasua ilə, Aşura ilə, İmamın 3-ü, 7-si ilə və s. simvolik rəqəmlərlə bitmir. Bu əyyamın hamısını yaşatmaq lazımdır, evlərimizdə, küçərəlimizdə, dostlarımızla, yaxınlarımızla, ailələrimizlə fürsətlər tapıb, yaşatmaq lazımdır. Həmd olsun Allaha ki, bu əyyam yaşanır, ildən-ilə daha da çox yaşanar, inşəallah. Bu, hansısa maddi təfəkkürlə hesablamaların, təhlillərin anlaya bilcəyi bir məsələ deyil. Sırf maddi amillər nəzərə alınsaydı, gərək “Lə iləhə illəllah” nidasını gətirən və bu nidaya görə min cür müsibətlərə, əziyyətlərə dözən 124 min peyğəmbərin (ə) bu nidasından ümumiyyətlə bəşərdə, dünyada bir əsər-əlamət 18 qalmamaydı. Amma əksinə bir hal baş verir. Çünki burada Allahın lütfü var, qeybi köməklikləri var. İnsanların pak fitrətləri var, içlərindən gələn səmimi duyğuları var. Ən daşlaşmış qəlblər, qəsavət bağlamış qəlblər Hüseyn (ə) məclisində bir titrəyişə gəlir, tövbə halına gəlir, peşmançılıq əldə edir, özünəqayıdışa nail olur. Bu məktəbin bu nuraniyyəti, bu incəliyi hər kəsə bəllidir.