22 Noyabr 2024 - 22
İbn Ziyad Hürdən əlavə, imam Hüseynə də çox acı bir məktub göndərdi. Məktubda yazılmışdı: "Ey Hüseyn! Mən Kərbəlada dayandığından xəbər tutdum! Əmirəlmöminin Yəzid mənə göstəriş verib ki, ya Yezidin və mənim hökmümə təslim olmalısan, ya da səni Allaha qovuşdurmayınca doyunca su içməyim, doyunca yemək yeməyim."
Həzrət Hüseyn (ə) məktubu yerə atdı. Qasid məktubun cavabını istədikdə, o buyurdu: "Cavab budur ki, o, ilahi əzaba layiqdir." İmamın bu cavabı İbn-Ziyada çatdıqda çox qəzəbləndi. Məhərrəmin 6-cı günü çatdı. İbn Səd İbn Ziyaddan ikinci məktubu aldı. Məktubda yazıldı: "Sənə göstəriş verirəm ki, suyu Hüseyn və onun yoldaşlarının üzünə bağlayarsan. Necə ki, onlar Osman ibn Əfvana su vermədilər!"
Ömər Səd Əmr ibn Həccacın başçılığı ilə beş yüz atlı göndərdi və çaya aparan yolları bağladı. Bu hadisədən sonra imamın göstərişi ilə yer qazıldı və böyük miqdarda su əldə olundu. Sonralar bu quyunu nə qədər axtardılarsa da, tapa bilmədilər. Bundan əlavə, səhabələr imamın göstərişi ilə çaya doğru hərəkət edirdi. Onlar zəruri ehtiyac qədər su gətirirdilər.
Əliəsğər Səffar Hərəndi