21 Noyabr 2024 - 21
Bizi tərbiyə edəcək pak və mübarək Məhərrəm-Səfər əyyamının xüsusiyyətlərindən biri budur ki, biz bir neçə baxımdan düzələ bilərik. Birinci tərəfdən, içərimizdə olan istilik işə düşür. Əba Əbdillahın (ə) adı gələndə istəristəməz hərəkətə gəlirik.
İnsanları bir çox başqa şeylər ətrafında toplaya bilirlər. Bütün televiziya, təbliğat vasitələri bunun üçün işləyir, amma uğur qazana bilmirlər. Amma əsrlərdir ki, xalqın, elin içərisində Əba Əbdillaha (ə) əzadarlıq məclisləri yaşadılır. Bu xalq doğurdan da böyük xalqdır. Dünyada neçə belə xalq var ki, Məhərrəm ayı gələn kimi şadlıqlarını, toylarını dayandırır? Bu, hələ o durumda baş verir ki, televiziyalar bu xalqın ixtiyarında deyil. Əgər xalqa xidmət etsəydi, xalqın duyğuları ilə yaşasaydı, onlar da iki ay müddətinə ən azından ədəb-ərkana riayət edərdilər.
Əba Əbdillah (ə) məktəbini hər zaman xalq, el-oba yaşadıb. Daxildən istilik olub və bu istilik insanları hərəkətə gətirib.
İlqar İbrahimoğlu