28 Oktyabr 2025 - 28
Bu müsibətin yaşadılmasının ikinci tərəfdən tərbiyəedici xüsusiyyəti var. Əba Əbdillaha (ə) baxan insan anlayır ki, əgər dünyanın bir dəyəri olsaydı, İmam Hüseyn Mədinədən yola çıxıb bu işləri görməzdi. Əgər İmam Hüseyn dünya dalınca olsaydı, altıaylıq balası Əli Əsğərin, (r.ə), Əli Əkbərin (r.ə) Aşurada nə işi var idi? Əgər İmam Hüseyn dünya dalınca olsaydı, Həzrət Zeynəbi (ə) niyə Kərbəlaya gətirirdi?
Bu məktəbi yaşatmaq və diri saxlamaq ona görə də hər bir insanın borcudur. Xüsusilə gənclərin Kərbəla məktəbinin yaşadılmasında böyük rolu var. Bu irs illər ərzində yaşadılaraq, bizlərə təhvil verilib. İndi bizim, xüsusilə gəncliyin borcudur ki, Kərbəlanı yaşatsın, ona sahib çıxsın. Bəzi insanlar olacaq ki, mərsiyənin, növhənin, rövzənin, sinə vurmaların lazım olmadığını iddia edəcək. Tarixən də belə insanlar olub. Bunların hamısı Kərbəla məktəbini aradan aparmaq üçündür.
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto