21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Əhli-beytə (ə) sevgi insanı paklaşdırır
22.10.2019

Məsum İmamlarımızdan da bu səpkidə buyuruşlar var ki, insanın dünyaya məhəbbəti - bütün xətaların başıdır. İnsanın nə xətaları varsa, ora qayıdır. Bizim işlərimizin, əməllərimizin, rəftarlarımızın hədəfi dünya olan yerdə, dünyaya məhəbbət mərəz rolunda çıxış edir. Hədəfə çevrilsə - nə etsək də, xeyri yoxdur, xəta olacaq. Bu məclislərin bir nuraniyyəti də odur ki, Əhli-beytə (ə) sevgi, ona bağlılıq insanı paklaşdırır. Bu məclislərdə müalicə olunmaq potensialımız realizə olunur. “Hüseyn! Hüseyn!” dedikcə qəlblərimizdə İmam Hüseynlə, bütün gözəllikləri özündə cəm edən İmamla bir həmahənglik meydana çıxır. Biz bu əyyama sağalma, müalicə əyyamı kimi baxmalıyıq.

İlqar İbrahimoğlu