02 Noyabr 2025 - 2
Aşuranın zöhründən sonra baş verənləri yalnız Allah bəndəlik məktəbinin, eşq məktəbinin şagirdləri anlayar. Allah bəndəsi vücudən Əba Əbdillahın (ə) tikə-tikə doğranmış bədəninə nəzər salanda, onun yanağından öpən həzrət Rəsulallahı (s) yada salar. İndi həmin yanaqlar doğranıb, Peyğəmbərin (s) öpdüyü boğaz kəsilib. Rəsulallahın (s) gül balası olan Hüseyni (ə) ən şiddətli zülm ilə qətlə yetiriblər.
Əslində insanın İslamın mahiyyətini dərk etmək üçün baxmalı olduğu səhnələrdir. İnsan baxmalıdır ki, özü həyatında eyni səhvləri təkrarlamasın. Baxmalıyıq ki, içərimizdə hər gün gedən savaşda mənəvi tutumumuzun qalib gəlməsinə imkan yaradaq. Çünki, İmam Hüseyni Kərbəlada qətlə yetirənlər, bir zaman öz daxilində olan yezidlərin (lən) qalib gəlməsinə imkan verənlər idi.
İlqar İbrahimoğlu
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto