21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Dolanır Əli qızı məqtəli qan içində bir bədən axtarır
18.10.2019

Dolanır Əli qızı məqtəli qan içində bir bədən axtarır
Yolun üstə qafilə ləng olur bacı qardaşa kəfən axtarır

Əli başda dörd tərəfə qaçır, dayanır çuxur yerə baş vurur
Gör nə yerdi duxti Əbu Turab, qədəmin turabə yavaş vurur
Yadına o səhnə düşübdü ki, hamı bir yaralıya daş vurur
Pozulubdu gülşəni arizu, gülü-bülbülü-çəmən axtarır

Deyir Allahım bu əzizlərin, Nnədən aşiyanəsi qalmayıb
Qolu bağlı quşlarımın evi, talanıbdı lanəsi qalmayıb
Soyulub vücudi Hüseynimin, başı yox nişanəsi qalmayıb
Görürəm hərayə anam gəlib, o da qanlı pirəhən axtarır.

Yorulub oturdu yerə bibi, alıb ətrin odlanıram Hüseyn
Bu qədər ki daş tökülüb yerə, keçə bilmirəm yanıram
Hüseyn Bədənin nüması pozulsa da, yenə mən səni tanıram
Hüseyn Məni sən çağır yerivi bacın, itirir dübarədən axtarır

Hərəkət zamanı qəm əhlinə, yaranıbdı bu qüssəli mənzərə
Özünü çəməndə hər əndəlib, yetiribdi bir gülü-pər-pərə
Analar sürudi vida oxur, biri Qasimə, biri Əkbərə
Elə bir Rübab itirib özün, Əli başda süd əmən axtarır

Gediri Səkinə yavaş-yavaş, üzünün tozun yuya Əlqəmə
Deyə şərhi halını mubəmu, su yanında sahibi pərçəmə
Əmu can dur əllərüvə fəda, kömək eylə carəsiz əmməmə
Çağırır hərəmdə bibi səni, gözü yoldadı gələn axtarır

Olub Əhli-beytə zəmanə tay, kərəmin sönübdü çıraqları
Bala qızlar istiri naqəyə, minə leyk, titrir ayaqları
Kimə mehman gedir ey Xuda, gözü yaşlı Kufə qonaqları?
Görəsən Mədinə hayandadır? Gözü Zeynəbin vətən axtarır