23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Gözü yoldayam, hanı bir gələn ölürəm Həsən, ölürəm Hüseyn
23.10.2019

Gözü yoldayam, hanı bir gələn
Ölürəm Həsən, ölürəm Hüseyn
Bacızam mənə gətirin kəfən
Ölürəm Həsən, ölürəm hüseyn

Nə rava çırağı məhəbbətin,
Bu çətin zəmanidə yanmasın
Özüzü mənə yetirin bu can
Yorulan bədəndə yubanmansın
Kəfən istədim, məni əfv edin
Bu sözüm Hüseynə toxunmasın
O yatıbdı qəbridə bi kəfən
Ölürəm Həsən, ölürəm Hüseyn

Həsən ey gözəlliyinin sözü
Deyilən Hicazü-Əraqidə
Töküləndə teşnə cigərlərin
Mən idim əcəb tərəvə silən
Belə bir zəmani fəraqidə
O bəlalı başuvi saxlayan
Bilirsən kimidi qucağida?
Mən idim əcəb tərivi silən
Ölürəm Həsən, ölürəm Hüseyn

İki munisim, iki həmdəmim
İki afitabə məsəl sözüm
İki rəhbərim, iki sərvərim,
İki dilbərim, iki xoş sözüm
İki qardaşım, iki sevimlim
Biri sağ gözüm, biri sol gözüm
İki nuri-dideyi Bul-Həsən
Ölürəm Həsən, ölürəm Hüseyn

Nə qədər yazıb yazımı qara
Qələmi qəzavü-qədər mənim
Xətər oldu Zeynəbə həmqədəm
Hara getdim olmadı iymənim
Nə bəlalı çöl mənə qəbr olub,
Nə Mədinə torpağı mədfənim
Bacıza olur hara gör vətən!
Ölürəm Həsən, ölürəm Hüseyn

Gəhi könlümü aparıb Bəqi
Gəh aparıbdı qəlbimi Kərbəla
Nə Bəqidən mənə səs gəlir
Nə yetir dadıma Neynəva
Nə təbibim oldu nə bir dava
Ürəyim yaralı qəlbim yaralı,
Bədənimdədir qara pirəhən
Ölürəm Həsən, ölürəm Hüseyn

Bədənimdədir qara pirəhən
Ölürəm Həsən, ölürəm Hüseyn
Necə aşiqəm bilirsiz özüz
Mənə sizsiz olmadı xürrəmim
İlin ağladım on iki ayın
Nə səfər ayın, nə məhərrəmin
Kül ola, məgər verələr yelə
Apara yel hər yerə zərrəmi
Yenə eşqidən deyərəm süxən
Ölürəm Həsən, ölürəm Hüseyn