20 May 2024 - 20

20 May 2024 - 20

Dərd aşina Zeynəb, qərqi bəla Zeynəb
21.10.2019

Zeynəb, Zeynəb, Zeynəb
Kənzi həya Zeynəb, kani vəfa Zeynəb

Zeynəb, Zeynəb, Zeynəb
Dərd aşina Zeynəb, qərqi bəla Zeynəb

Qəm qəhrəmanı, Zəhra nişanı
Ey ruhi ba iman, canım sənə qurban

Zeynəb, Zeynəb, Zeynəb
Sərgəşteyi dövran, avareyi tufan

Zeynəb, Zeynəb, Zeynəb
Məcdi əhdi peyman, şiri şahi mərdan

Zeynəb, Zeynəb, Zeynəb
Məhbubeyi canan, Quranına qurban Zeynəb

Zeynəb Zeynəb, Zeynəb,
Qardaş başı üstündə, zülfü ağaran Zeynəb

Zeynəb, Zeynəb, Zeynəb
Səhrayi müsibətdə, qəmdən qocalan Zeynəb

Zeynəb, Zeynəb, Zeynəb
Qardaş başının qanı, zülfündə həna Zeynəb

Zeynəb, Zeynəb, Zeynəb
Peymani Həqqə məfxər, Qurana olan yavər

Zeynəb, Zeynəb, Zeynəb
Hücbü-ədəbə məhzər, şənü-şərəfi mənbər

Zeynəb, Zeynəb, Zeynəb
Daim gözü qan yaşlı, başında qara məcər

Zeynəb, Zeynəb, Zeynəb
Zəhrası ölən gündən, amaci bəla Zeynəb

Zeynəb, Zeynəb, Zeynəb
Təvili rəsa Zeynəb, təşbihi Xuda Zeynəb

Zeynəb, Zeynəb, Zeynəb
Mehrabi ibadətdə, təfsiri dua Zeynəb

Zeynəb, Zeynəb, Zeynəb
Müşgüldə rəca Zeynəb, hər yerdə dəva Zeynəb

Zeynəb, Zeynəb, Zeynəb
Pərvəndeyi xunini Şahi-şühəda Zeynəb

Zeynəb, Zeynəb, Zeynəb
Möhkəm sözü üstündə, mərdanə duran Zeynəb

Zeynəb, Zeynəb, Zeynəb
Kaxi sitəmü-zülmü, qol bağlı yıxan Zeynəb

Zeynəb, Zeynəb, Zeynəb
Çox qəmçi dəyən başın, qəmdə ağaran Zeynəb

Zeynəb, Zeynəb, Zeynəb
Yollarda pərəstari yorğun üsəra Zeynəb

Zeynəb, Zeynəb, Zeynəb
Hər qafileyi nehzətdə, öz nehzətinə qiymət

Zeynəb, Zeynəb, Zeynəb
Əvvəldə görən izzət, axırda çəkən zillət

Zeynəb, Zeynəb, Zeynəb
Ağlar gözü qürbətdə, qardaşlarına həsrət

Zeynəb, Zeynəb, Zeynəb
Can sinədə söylərdi, vay bəxti qara Zeynəb

Zeynəb, Zeynəb, Zeynəb
Həm nayibə Zəhrayə, həm dininə pirayə

Zeynəb, Zeynəb, Zeynəb
Ağzında şirin sözlər, qəmdən dolanan “vay”ə

Zeynəb, Zeynəb, Zeynəb
İstəkli Ruqəyyəylə, səbri olan həm sayə

Zeynəb, Zeynəb, Zeynəb
Heç tapmıyan ömründə, bir ləhzə səfa Zeynəb