23 Noyabr 2024 - 23
Viranədə nazlı balam can verdi dincəldi
Bu düxtəri şirin zəban can verdi dincəldi
Bəxti o tiflin ovcidən düşdü sərazirə
Yeksər ata-qardaşların, çəkdilər şəmşirə
Kərbübəladən Şaməcən, bağlandı zəncirə
Yatmaq ona oldu haram, can verdi dincəldi
Qaldı orada bikəfən, Allah balam öldü
Bir kimsənə yox dəfn edə, Allah balam öldü
Asudə oldu zülmüdən, Allah balam öldü
Hər zəhmətə etdi davam, Allah balam öldü
Hər bir gecə Əkbər boyun, oxşardı yatmazdı
Şimri görən gün ol gecə, qorxardı yatmazdı
Çox yalvarardım yat qızım, ağlardı yatmazdı
Qüslün verən yoxdu nədən, öldü balam öldü
Öz məcərində dəfn edin, öldü balam öldü
Sönməz odun yandım dedin öldü balam öldü