22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

İmam Hüseyn niyə karvanı ilə Mədinədən Yəmənə getmədi?
30.10.2019

İbn Tavus İmam Hüseynin qiyamı barədə İmam Sadiqdən nəql edir ki, həzrət belə buyurub: “Məhəmməd Hənəfiyyə, İmamın Məkkədə olub, İraqa yola düşəcəyi gecədə onun hüzuruna gəlir və deyir: “Ey qardaşım! Sən Kufə əhlinin atamıza və qardaşımıza vəfasızlığını bilirsən. Mən nigaranam ki, sənə də eyni cürünü etsinlər. Əgər Məkkədə qalsan, sən ən əziz insan olarsan”.

İmam buyurur: “Qardaşım! Mən ondan qorxuram ki, Yezid qanımı hərəmdə tökər və bu səbəbdən bu yerin hörməti aradan gedər”.

Məhəmməd deyir: “Əgər bu cəhətdən nigaransansa, Yəmənə və ya tanınmamış diyarlara köç ki, sən orada qorunmuş olarsan. Heç kəsin sənə əli çatmaz”.

İmam buyurur: “Bu haqda düşünürəm”.

Ancaq səhər açılan kimi İmamı yola hazırlaşan halda görürlər və Məhəmməd özünü İmama çatdırır və dəvəsinin yüyənindən tutub deyir: “Qardaşım! Məgər demədinmi ki, bu haqda düşünəcəkdən?”.

İmam (ə) buyurur: “Bəli”.

Məhəmməd: “Bəs nə oldu ki, belə tələsik yola düzəlirsən?”.

İmam buyurur: “Səndən ayrılandan sonra Allahın Peyğəmbərini (s) yuxuda gördüm və o, mənə buyurdu: “Ey Hüseyn! İraqa yollan, Allah səni öldürülən halda görmək istəyir””.

Məhəmməd: “Biz Allahdanıq və ona tərəf qayıdacağıq. Bu halda bəs xanımları hara aparırsan?”.

İmam buyurur: “Allahın Rəsulu (ə) mənə buyurdu: “Allah istəyir ki, onları əsir görsün””.

Bundan sonra qardaşı ilə xüdahafizləşib yola düzəldi”. (Həvzəh)

Deyerler.org