21 Noyabr 2024 - 21
(Sətri tərcümə)
Kərbəla padşahının adını eşidən kəs,
Dərhal o əza məclisinə matəm saxlar.
Matəm məclisində başına döyər,
Həmin məclisdə şah ilə gəda arasında fərq olmaz.
Ey ürək, sən bir an da bu müsibətdən qafil olma.
Cəza günündə onun şəfaətindən başqa heç bir mükafat yoxdur.
Əgər bir an açıq gözlə baxsan,
Şəhidlər ağası, susuz şaha sən;
Fatimənin (s.ə.) bir küncdə kədərli oturduğunu görərsən.
O gecə nalə edərək, əza saxlamışdır.
Oğlunun cənazəsinə baxaraq, deyir:
"Məgər sənin qatilin Allahdan şərm etməyib?"
Zeynəb isə göz yaşlarını axıdaraq,
Səhərdən axşamadək şəhid şahına matəm saxlamışdır.
Bir an, arif, bu müsibətdən qafil olma,
Ariflər məclisinə sənin vücudun bir qənimətdir
Hüseyn Cavid
Birlik