21 Noyabr 2024 - 21
“Həqiqətən Allah yanında (Onun əzəli elmi və Lövhi-Məhfuzunda, qəməri) ayların sayı on iki aydır ki, (onlar) Allahın kitabında (yaradılış kitabı olan varlıq aləmində) göyləri və yeri yaratdığı gündən sabit və gerçəkdir (və Yer kürəsi ilə Ayın Günəş sistemində sıralanmasının necəliyindən yaranır). Onlardan dördü (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm ayları) haram (möhtərəm)aylardır (və onlarda döyüş haramdır)”. (“Tövbə” 36).
O gün ki, Allah yer və göyü yaratdı, Allah ayların sayını 12 qərar verdi. Bu ayların içərisindən dörd ay – haram aylardır. Bu haram aylar da ancaq qəməri təqviminə aid aylardır. Ona görə bəziləri deyir ki, qəməri ili Allah yanında xüsusi meyar və dəyərə malikdir ki, başqa aylarda haram aylar mövcud deyildir. Lakin onu qeyd edə bilərik ki, bu ayların hansı peyğəmbərin (ə) zamanından belə olduğuna aid dəqiq məlumatımız yoxdur. Bəziləri Nuh (ə) gəmisinin sahilə çıxmas zamanından qəməri təqviminin başladığını mülahizə edirlər.
Yəqubun tarixində oxuyuruq ki, Nuhun (ə) gəmisinin sahilə çıxması Məhərrəm ayının 10-na təsadüf edir. Bu günə aid bəzi hadisələri də qeyd edirlər. O cümlədən Həzrət Adəmin (ə) tövbə etməsini, İsa ibni Məryəmin (s.ə) həmin gündə dünyaya gəlməsini, Bəni-İsrayilin nicat tapmasını bu kimi hadisələrdən hesab edirlər.
Ancaq tarixi daha çox araşdıran zaman görürük ki, Nuhun (ə) gəmisinin məhz Aşura günündə sahilə çatması və ya başqa hadisələrin məhz bu gündə baş verməsi şübhəli mövzulardandır. Ona görə də əlimizdə bu barədə dəqiq məlumat yoxdur.
Misal üçün, İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq ki, Nuhun (ə) gəmisi Novruz bayramında sahilə çatmışdır. İbni Abbas nəql edir ki, iki yəhudi qardaş İmam Əlinin (ə) yanına gəlirlər və ona bəzi suallar verirlər. İmam (ə) da bu suallara bir-bir cavab verirdi. İmam (ə) buyurur: “Sübhan Allah təkdir və Onun üçün şərik təsəvvür ola bilməz. Ancaq iki, Adəmlə (ə) Həvvaddır (ə)”. İmam (ə) bu yolla ədədləri təfsir edir və nəhayət 20 rəqəminə gəlib çatır. Bu zaman buyurur: “20 - həmin Ramazan ayının 20-dir ki, Süban Allah Zəburu Davuda (ə) nazil etmişdir. 21-ci günü isə Allah Təala dəmiri Davud (ə) üçün yumşaq etmişdir. Ancaq 22-sində, bu ayın 22-də Nuhun (ə) gəmisi torpaqda əyləşir”.
Bu hədisdən də göründüyü kimi Nuhun (ə) gəmisi Ramazan ayının 22-də sahilə çıxmışdır.
Meysəm Təmmar Aşura günü haqqında bəzi xəbərlər vermiş və demişdi: “Həzrət Hüseynin (ə) qatillərinə lənət vacib edilmişdir. ... İnsanlar əsassız və cəəl hədisə görə belə hesab edirlər ki, Sübhan Allah bu gündə Adəmin (ə) tövbəsini qəbul etmişdir. Halbuki onun tövbəsi Zilhiccə ayında qəbul olmuşdu. Onlar elə bilir ki, Allah bu gündə Davudun (ə) tövbəsini qəbul etmişdir, halbuki bunu Allah Zilhiccə ayında qəbul etmişdir. İnsanlar elə bilir ki, Allah Yunusu (ə) balığın qarnından bu günü çıxartmışdır, halbuki Allah onu balığın qarnından Zilhiccə ayında çıxartmışdır. Onlar elə bilir ki, Nuhun (ə) gəmisi bu gündə sahilə gəlmişdir, ancaq gəmi Zilhiccə ayının 18-də sahilə gəlmişdir”. Meysəm hədisi nəql edənə deyir: “Bil ki, Qiyamət günü Hüseyn ibni Əli (ə) şəhidlərin sərvəridir. Onun dostları üçün başqa şəhidlərdən daha uca dərəcə vardır. Ancaq sən əgər günəşi qana bənzər qırmızı rəngdə görsən bil ki, həmin gündə Hüseyn ibn Əlini (ə) şəhid ediblər”.
Hədisi nəql edən deyir: “Mən bir müddət sonra günəşi həmin qırmızı rəngdə gördüm və bildim ki, həmin gündə mövlam Hüseyn ibni Əli (ə) şəhid olmuşdur. Meysəmin dedikləri həyata keçdi”.
Deyə bilərik ki, Məhərrəm ayının haram olması cahiliyyət dövründən belə qəbul edilmişdir və hətta cahil insanlar bu ayda müharibə və dava etməyi özlərinə haram buyurmuşdular. Bu həqiqəti Qurani-Kərim də bizlərə buyurur və həmin ayı haram ay adlandırır. Aşura vaqiəsindən başqa, bu ayda baş verən tarixi hadisələrin dəqiq əsasları olmadığına görə onları sadiq hesab etmək olmaz. (Ask-Quran saytı)
Deyerler