23 Noyabr 2024 - 23
Həzrət Müslümün qiyamı əvvəlcədən nəzərdə tutulmuş plan əsasında hazırlanmışdı. Hamı özünü o vaxtın gəlib çatmasını, hərbi qüvvələrin səfərbər edilməsi, döyüş sursatı və taktikası lazımınca hazırlanırdı. Bu vaxtlar idi ki, Hani gözlənilmədən cəlladlar tərəfindən ələ keçirildi. Bu gözlənilməz iş bHəzrət Müslümün planlarını bir-birinə vurdu. Hani Həzrət Müslümün qərargah rəisi və müşaviri idi. Onun evi hökumət müxaliflərinin mərkəzi qərargahı sayılırdı. Buna görə də Həzrət Müslümün işi ağırlaşdı, çünki hər an ələ keçmək ehtimalı artırdı.
Artıq Həzrət Müslüm özünə vacib bilirdi ki, adamlarının xəyanəti nəticəsində ələ keçən Murad qəbiləsinin igid və müdrik pəhləvanını zülmün caynağından xilas etsin. Həzrət Müslüm Əbdüllah ibni Cazimi Hanidən bir xəbər gətirmək üçün Übeydullahın qəsrinə göndərdi. O, Haninin yaralanıb həbs edilməsindən xəbardar olan kimi Əbdullah ibni Cazimə əmr etdi ki "ya Mənsuri ümməti" şüarını versin. Çox keçmədi ki, camaat Haninin evinin yanında Müslümün dövrəsinə toplaşıb bu şüarı təkrar etməyə başladı. Bir rəvayətə görə 4 min nəfər, Məsudinin (Mücucüz-zəhəb kitabında) yazdığına görə isə 18 min nəfər Həzrət Müslümün ətrafına yığışdı. Müslüm ilk növbədə onları nizamlı ordu şəklinə salaraq, bayrağı Übeydullah ibni Əmrə verib Kində və Rəbiə qəbilələrinə, eləcə də süvari qoşuna başçılıq etməyi tapşırdı. Müslüm ibni Osəcə Əsədiyə başqa bir bayraq verib Müzhəc və Əsəd qəbilələrinin, habelə piyada dəstələrinin sərkərdəliyini ona tapşırdı. Əbu Səmamə Əsədini Təmim və Həmdan qəbiləsinin başçısı seçib şəhər qoşun bölmələrinin sərkərdəliyini isə Abbas ibni Cədənin ixtiyarında qoydu. Beləliklə, qiyam başlandı, Həzrət Müslüm bir böyük qoşunla qəsrə sarı hərəkət etdi.İbni Ziyad came məscidində çıxış edən zaman keşikçilər təşviş içində yanına gəlib camaatın qiyam xəbərini ona çatdırdılar. Übeydullahın vəziyyəti ağırlaşdı, cəld qəsrə girib bütün qapıları bağlamağı əmr etdi.Həzrət Müslümün çağırışı ilə camaat qəsrin ətrafını tutdu. Getdikcə onların sayı artır, məscid və bazar adamla dolur, İbni Ziyadın işi daha da ağırlaşırdı. Bu zaman onun köməkçilərinin sayı 50 nəfərdən çox deyildi. Otuz nəfər qəsrin keşikçiləri, iyirmi nəfər isə Übeydullahın dost-tanışı və Kufənin tanınmış adamları idi. Qoşunun elə ilk anlarda Kufədə Əməvi hökumətinin bünövrəsini darmadağın etməməsinin səbəbi elə indinin özündə də məlum deyildir. Amma üzüqara kufəlilər üçün heç də qəribə bir iş deyildi ki, Həzrət Müslümə kömək etməkdən əl çəkib, şeytanın qoşununa üz gətirsinlər.
Məhəmmədhəsən Musəvi Kaşani