27 Oktyabr 2025 - 27
Gəl deyim, Yaradan- Qadiri Sübhan:
Yıxdı min İsgəndər, min bir Süleyman,
Bəşərin əşrəfi, Nəbiyi-Sultan,
Şahanı Muhəmməd, başdı da, getdi...
Gəl deyim Ərəblər xilafətindən,
Qanlı Kərbəlanın müsibətindən,
İmam Şühəda şəhadətindən,
Zəhri-zərbətindən dəştidə getdi...
Gəl deyim, dil oğlu islam Sərdarı,
Qasimi, Əkbəri, Şah Ələmdarı,
Qardaşı Abbasın düşdü qolları,
Hüseynin gözləri yaşlı da getdi...
Gəl deyim, Şümrü-Yezid sitəmkar,
Tacı-taxtı tamam oldu tarimar.
İbrahim Əjdər, Museyi Muxtar,
Qılıncı-qalxanı, guştu da getdi.
Aşıq Mikayıl Azaflı
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto