22 Noyabr 2024 - 22
Hüseyn ibn Əli (ə) Allahın son elçisi olan həzrət Məhəmməd ibn Abdullahın (s) ikinci nəvəsidir. O, Yəsribdə dünyaya gələn zaman bu şəhər son Peyğəmbərin (s) hicrəti və sükunəti səbəbindən "Mədinə Rəsulillah" – yəni Allah elçisinin şəhəri adlandırılırdı. Mədinə şəhəri Allah elçisinin Ərəbistan yarımadasında zülmət gecədən də qaranlıq olan o dövrdə İslam adı və İslam bayrağı ilə təsis etdiyi ideal və işıqlı hökumətin mərkəzi idi.
Bəşəriyyət zülmə, cəhalətə və ayrıseçkiliyə düçar olmuşdu. Dünyanın ozamankı Qeysər və Kəsra kimi böyük hökumətlərində - istər ozamankı İranda, istərsə də ozamankı Roma imperiyasında aristokratiya, qeyri-xalq hökuməti, məntiqsiz xəncər, cəhalət və fəsad hakim idi. Kiçik hökumətlər, misal üçün, Ərəbistan yarımadasında olan isə onlardan da pis idi və cahiliyyət bütün dünyanı bürümüşdü.
Bu arada İslam nuru Allah Peyğəmbərinin (s) vasitəsi, ilahi yardım, xalqın əzəmətli və gərgin mübarizələri nəticəsində əvvəlcə Ərəbistan yarımadasının bir bölgəsini işıqlandıra bildi, sonra isə tədricən genişləndi və onun şüası hər yeri bürüdü. Peyğəmbər (s) hökumətinin xüsusiyyəti belə idi: zülmün yerinə ədalətə əsaslanırdı; şirkin və insanın fikir parçalanmasının yerinə tövhidə və Pərvərdigarın müqəddəs zatının bəndəliyinə əsaslanırdı; cəhalət yerinə elm və biliyə əsaslanırdı; insanların bir-birinə kin bəsləməsinin yerinə sevgiyə, xoş münasibətlərə və dostluğa əsaslanırdı. Yəni zahiri və batini bəzənmiş bir hökumət idi. Belə bir hökumətdə yetişən insan təqvalı, iffətli, alim, agah və fəal olur, kamala doğru gedir.
Ayətullah Xamenei