21 Noyabr 2024 - 21
Ey növgüli-gülzari-Əli, şibhi-peyəmbər, qardaş, Əli-Əkbər,
Gülzari-cahan içrə hanı çöhrənə bənzər? bir bərgi-güli-tər.
Gündürmü açıb Şamidə bu şam zamanı? canım sənə qurban,
Başındı sənin nizədə, ya cilvələr eylər? ey mahi-münəvvər.
Qanı qurumuş tellərinin, sevgili qardaş, rüxsarə yapışmış,
Əlbəttə qurudursa əgər, müşk ilə əmbər, xurşidə bərabər.
Şirin hərəkət, şəhd sözün, türfə məqalın, düşdü yenə yadə,
Odlandı, alışdı ciyərim, yandı sərasər, ey arizi-əxgər.
Boynundakı zənciri qucub bağrıma can tək, qucmağma səbəb var,
Hər həlqəsi piçü-xəmiri-türrənə bənzər, ey nazlı bəradər.
Səndən sonra yansın dilim, ağzımda qaralsın, dünyada su içsəm,
Rizvan gətirib əldə əgər tutsa da saqi, əz çeşmeyi-kövsər.
Gər qoysa doyunca eləyim Şümr nəzərə, Əkbər, o cəmalə,
Dəxi demərəm, əhd edərəm, ona sitəmkər, mən bikəsi-müztər.
Sancılsın, Əli, gözlərimə, sancılan oxlar, ol peykəri-pakə,
Dəysin, dəyən ol gül bədənə nizə və xəncər, bu sinəmə yeksər.
Yetimliyi, ya ac-susuz qalmağı, ey can, ya zülmi-Yəzidi,
Hansı qəmimi şərh qılım, başıma küllər, qardaş, sənə axər.
Üryan dəvə, gün isti, açıq başım, uzaq yol, fəryadə yetən yox,
Bəs mən nə edim, kimə gedim dadə, bəradər, ey peykəri-bisər.
Qurban olum ol qanə batan arizi-ələ, həm daneyi-xalə,
Səndən sonra qoy şərh qılım, olma mükəddər, çəkdim nə bəlalər.
Gah Deyləm əsiri dedilər Ali-Rəsulə, övladi-Bətulə,
Gah xarici ad qoydu bizə firqeyi-kafər, bu qövmi-bədəxtər.
Bu məscidi-viranə olubdur bizə məskən, kim onda tapılmaz,
Nə şəm'nə şamü, nə ləhafü və nə bəstər, nə fərş, nə sayər.
Torpaq döşəyim, yastığım ol, xuşki-xərabə, yorğan mənə saçım,
Adındı dilimdə gecələr sübhə tək əzbər, görməz yuxu gözlər.
Sənsən gecə-gündüzlü elə fikri-xəyalım, bir özgə işim yox,
Düşməz yada əmmə, nə əmi və nə də xahər, könlüm səni istər.
Kəsmə nəzəri-lütfünü Salari-həzindən, ey mə'dəni rəhmət,
Hicrində sənin çəkdiyim əfqanə səhərlər, verrəm qəsəm, Əkbər.
Mirzə Hüseyn bəy Salar (Şair)