22 Noyabr 2024 - 22
Yezid müaviyə tərəfindən xəlifə seçiləndə heç kim etiraz etmədi. Müaviyənin ölümündən sonra yalnız 3-4 nəfər etiraz etdi və beyət etmədilər. Onlardan biri səssiz və bitərəf qalmağı seçdi (Abdullah ibn Ömər), biri də Məkkəyə sığındı və gələcəkdə xilafətini elan edəcək (Abdullah ibn Zubayr).
Bunlardan biri də beyət etməyən və ayağa duran Peyğəmbərin nəvəsi İmam Hüseyn(ə) idi.
İmam Hüseyn(ə) bütün insanların tam tərsinə Aşuradan əvvəlki yezidə etiraz edir, Aşuradan əvvəlki yezidə qarşı qiyam edir, Aşuradan əvvəlki yezidi qanunsuz görürdü.
Çünki yezid ibn müaviyə, vacibatı tərk edib dini heçə sayan, peyğəmbərin peyğəmbərliyinə lağ eden, Quranı təhqir edən, aşkar günah işləyən facir, ilahi hökmləri ayaqlar altına alan fasiq, müsəlmanlara zülm edən zalım biri idi.
Kərbəladan əvvəlki yezidi tanımayanlar günümüzün yezidini tanıya bilməzlər, çünki, onlar sadəcə Aşuradan sonrakı yezidə lənət oxumasını bilirlər. Buna görə də müsəlmanlar günümüzün yezidlərinə qarşı Hüseyni duruşu sərgiləyə bilmirlər. Sadəcə matəm və yas tutarlar.
İmam Hüseyn(ə) kimi Aşuradan əvvəlki yezidi tanımadan, zamanın yezidlərini və ya yezidin yolunu davam etdirənləri tanıya bilməzlər.
Şeyx Sabahattin Türkyilmaz Muhaciri