21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Xeymələrə, əmməcan, ləşkəri - üdvan gəlir
26.09.2020

Xeymələrə, əmməcan, ləşkəri - üdvan gəlir,
Əldə tutub Şümri - dun xəncəri - bürran gəlir.

Əmmə, yəqin ki, bu dəm tapdı şəhadət babam,
Gün tutulur, qan yağır, etdi qiyamət qiyam,
Gör ki, təmam atlanıb ləşkəri - qovmi -zülam,
Etməyə qarət bizi, ləşkəri - Süfyan gəlir.

Harda qalıb, əmməcan, Əkbəri - Yusifliqa,
Bəs əmim Əbbas hanı, naibi - şiri - Xuda?
Bizləri yalqız görüb bu həşəmi - bihəya,
Hərmələ at oynadır, Şümri - rəcəzxan gəlir.

İndi bu ləşkər bizi eyləyəcəkdir əsir,
Çün götürüb ləşkərin, ney çalı Şümri - şərir.
Əmmə, yavıqlaşdı kim, cümlə olaq dəstgir,
Dadımıza bəs haçan ol şəhi - Mərdan gəlir?

Gördü bu halı o gün Zeynəbi - biəqrəba,
Sovti - cəliylə dedi:- Ya Əliyül - Mürtəza!
Dadə yetiş, Ya Əli, ey şəhi - müşkülgüşa,
Ali - Əli üstünə ləşkəri - tüğyan gəlir.

Oldu əsiri - ədu cümlə o məhparələr,
Qarət olub Zeynəbü zivərü biçarələr,
Ali - Əli qəlbinə dəydi o gün yarələr,
Dust gözündən belə matəm üçün qan gəlir.

Ağla bu matəmdə, ey Seyyidi - bəxti - qara,
Nəzm elə bu matəmi, şövq ilə sübhü məsa.
Əcrini axır verir padşəhi - Kərbəla,
Həşrdə fəryadına şafiyi - üsyan gəlir.

Seyyid Əzim Şirvani