22 Noyabr 2024 - 22
Nəcəfül Əşrəfdəki İmam Əlinin (ə) mütəhhər hərəmi Ərbəin zəvvarlarının rahat qəbul edilməsi və yerləşdirilməsi ilə bağlı xüsusi hazırlıq işlərinə başlayıb.
İmam Əlinin (ə) mütəhhər hərəmi keçən illərdə olduğu kimi hərəmin Fatimeyi Zəhra (s.ə) səhnində Ərbəin zəvvarlarının qəbulu və yerləşdirilməsilə bağlı hazırlıq işlərinə başlayıb. Hərəmdə Ərbəin zəvvarlarına 24 saat xidmət göstərilməsi üçün lazım olan tədarüklərin görülməsinə başlanıb. Bunun üçün ilk növbədə Fatimeyi Zəhra (s.ə) səhninin hər mərtəbəsindəki 20000 min kvadrat metrdən çox hissəsi yuyularaq, təmizlənilib.
Koronavirus pandemiyasının şərtləri nəzərə alınaraq, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq edilmiş ekoloji cəhətdən təmiz sterilizasiya sayılan ozon texnologiyasından istifadə olunacağı bildirilib. Mütəhhər hərəmdə Ərbəin zəvvarlarının yerləşdiriləcəyi istirahət və yataq otaqlarının və döşəklərin 24 saat ozon buxarlanması ilə sterilizasiya ediləcəyi bildirilib.
Xatırladaq ki, ozon texnologiyası havada təbii olaraq mövcud olan oksigendən istifadə edərək, ozon istehsal edə bilir. Ozon qazı bakteriya və virus kimi mikroorqanizmləri öldürən güclü bir oksidləşdirici maddədir. Tədqiqatlar göstərmişdir ki, digər dezinfeksiyaedici kimyəvi maddələrdən fərqli olaraq ozon zəhərli deyildir, bu da onu effektiv və təhlükəsiz sterilizasiya metodu edir.
Deyerler