21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Zaman ağanın (ə.f) İmam Hüseynə (ə) müraciətləri
23.11.2020

Bütün Məsumlarımızın (ə) İmam Hüseyn (ə) müsibəti barəsində nəzərləri və fikirləri vardır. İmam Zaman ağanın (ə.f) cəddi İmam Hüseyn (ə) barəsindəki nəzərləri ilə tanış olaq.

İmam Zaman ağa (ə.f) buyurur: “Möminlərin İmamı olan Hüseyn ibni Əliyə (ə), peyğəmbərlərin (ə) varisinə, Allahın aləmdəki hüccətinə salam göndər!”.

İmam Məhdi (ə.f) bu kəlamı ilə cəddinin üç sifətinə işarə etmişdir:

1. Möminlərin İmamıdır.

2. Mursəl peyğəmbərlərin (ə) elminin varisidir.

3. Allahın yer üzərində olan hüccətidir.

İmam Zaman ağa (ə.f) başqa yerdə buyurur: “Salam olsun sənə, salam o kəsə ki, sənin vilayət və dostluğunda xalisdir”.

İmam (ə.f) bu kəlamı ilə bizə göstəriş verir ki, İmam Hüseynin (ə) vilayət və dostluğunda xalis olaq.

İmam Zaman (ə.f) İmam Hüseynə (ə) xitab edərək, buyurur: “Şəhadət verirəm ki, sən hökmlər mədəni idin”.

İmam Hüseyn (ə) – o İmamdır ki, birbaşa Peyğəmbərin (s) tərbiyəsini görmüş və İlahi elmin sirlərini babasından əldə etmişdir. Ona görə də o, Peyğəmbər (s) elminin varisidir.

İmam Zaman ağa (ə.f) başqa buyuruşunda deyir: “Salam olsun sənə, hörmət və ehtiramına olan agah salam”.

İmam (ə.f) bu kəlamında bizə göstəriş verir ki, İmam Hüseyn (ə) haqqında olan mərifətimizi artıraq və onun vilayətini agah şəkildə qəbul edək.

İmam Zaman ağa (ə.f) buyurur: “Salam o kəsə ki, İmamlar onun övladlarıdır”.

İmam (ə.f) bu kəlamı ilə bildirmək istəyir ki, İmamların cəddi – İmam Hüseyndir (ə). Yəni, İmamlar onun nəslindən doğulan övladlardırlar.

İmam Məhdi (ə.f) Kəsa səhabələrinə müraciət edən zaman buyurur: “Salam olsun, Ali-Əbanın beşinci fərdinə”.

İmam Məhdi (ə.f) bu kəlamı ilə demək istəyir ki, cəddi İmam Hüseyn (ə) – Ali-Əbanın nümayəndəsidir. Ali-Əba isə dünyanın ən pak insanlarıdırlar.

İmam Məhdi (ə.f) cəddinə belə salam verir: “Salam olsun Seyyidüş-şühədaya!”.

İmam Zaman ağa (ə.f) bu kəlamında demək istəyir ki, tarix boyu şəhidlər çox olmuşdur, ancaq onların seyyidi və əmiri – cəddi İmam Hüseyndir (ə). (İslami saytlara istinadən)

İmam Zaman ağa (ə.f) buyurur: “Salam o kəsə ki, Allah şəfanı onun türbətində qərar vermişdir”.

İmam Məhdi (ə.f) demək istəyir ki, cəddinin türbəti şəfa verəndir və bu xüsusi fəzilət və üstünlükdür ki, ancaq İmam Hüseynə (ə) məxsusdur.

/Deyerler.org/