21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseynin Kərbəlaya gətirdiyi nümayəndələr
26.11.2020

İmam Hüseyn Kərbəlaya gələndə məqsədi bu idi ki, əmr be-məruf və nəhy əz-munkər etsin. Və istəmirdi ki, camaat Yezidi peyğəmbərin yerində görsün. Buna görə də İmam Hüseyn Kərbəlada şəhid oldu.

Maraqlı məsələlərdən biri budur ki İmam Hüseyn Kərbəlaya gələndə özü ilə iki nəfər müxbir gətirmişdi. Onlar İmam Səccad və Xanım Zeynəb idi ki, orada gördüklərini qan ağlaya-ağlaya xalqa çatdırdılar. İmam Hüseyn özü ilə çoxlu sayda Kərbəlaya operatorda gətirmişdi. O uşaqlar ki, var idi onlar bütün gördükləri susuzluğu, əziyyətləri, şəhidləri və İmam Hüseynin öz şəhidliyini ağlaya-ağlaya və gördükləri kimi danışacaqdılar. İmam Hüseyn belə bir səhnə qurmuşdu. Eyni zamanda da Kərbəla mərdlik və namərdlik meydanı idi. Yəni İmam Hüseyn nə qədər mərdlik nümunəsi idisə qarşı tərəfdə o qədər namərdlik nümunəsi idi.

Mirkazim Əyyubov

/Kerbela.info/