21 Noyabr 2024 - 21
Kərbəla hadisəsinin tarixinin müəllifləri, İmam Hüseynin (ə) atı (Zül-cənah) barəsində geniş şəkildə söz açmamışdırlar.
Bu hadisə barəsində olan bir çox xəbərlərdə işarə olunmuşdur ki,: İmam Hüseynin şəhadətindən sonra o həzrətin atı öz yalını imamın qanına batıraraq xeymələrə doğru hərəkət edib kişnəyirdi.
İmamın Əhli-əyalı Zül-cənahın səsini eşidib xeymələrdən çıxdılar və imamın şəhid olduğunu bildilər.[1]
Amma imamın şəhadəti barəsində yeni təlif olunmuş kitablarda o cümlədən nasixul-təvarix kitabı başqa cür açıqlamışdırlar:
Deyilənlərə görə o at xeymələrin qarşısında o qədər başını yerə vurdu ki, özünü öldürdü və ya fərat çayına doğru hərəkət edib özünü çaya atdı.[2]
[1] - Əmaliyi Şeyx Səduq, səh 163, Ziyarəte nahiyeye müqəddəsə.
[2] - Sepehri, Mirza Məhəmməd Tağı, Nasixul- təvarix, cild 6, səh 2.