21 Noyabr 2024 - 21
Ərseyi-aləmin yenə vəz’i bəlali görsənir!
Yoхsa səbati-aləmin hiyni-zəvali görsənir!
Ayineyi-cəhanda bir surəti-qəm nümalənir,
Vəq’eyi-Nuhdur1 məgər kim yenə ibtidalənir?
Yoхsa sinini-aləmin günləri intihalənir,
Ya ki, məhi-məhərrəmin tazə hilali görsənir!
Ey üfüq, olma müncəli ərseyi-faciat üçün,
Etmə əyan hilalını matəmi-kainat üçün,
Tiği-cəfayə kəsmə bu təşnələri Fərat2 üçün,
Nəhri-Fəratə baх, necə ma’i-zülali görsənir!
Ay açılan səbahi-qəm, şam ol, açılma bir zəman!
Yəsribü Məkkə sərvərin salma bəlayə əl’əman!
Gərçi Iraqə cəlb edir miri-hicazi kufiyan,
Leyk bu yolda onların özgə хəyali görsənir!
Çəkmə, dur, ey qətari-qəm! Gör ucalan nəvaləri,
Çəkmə diyari-qürbətə bu vətən aşinaləri,
Düz deyil əhli-kufənin əhdləri, vəfaləri,
Əhd şikəndir aqibət, gərçi vəfali görsənir!
Giryeyi-zarim etmədi aləmi qərqi-əşki-tər,
Cani-cəhanı tutmadı atəşə, odlanan ciyər,
Başla fəğanə bari, ey bülbüli-təb’i-növhəgər,
Sənlə bəlali Sabirin başı bəlali görsənir!
Mirzə Ələkbər Sabir