03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

Osmanlı mədəniyyətində Kərbəla hadisəsi...
10.12.2020

İslam cəmiyyətini dərindən sarsıdan Kərbəla hadisəsi bu cəmiyyətin sahib olduğu İslam dininin inanc mövzusunun mərkəzində önəmli bir yerə malik olmuş, dünya müsəlmanlarının böyük əksəriyyətində hadisəni törədənlərə qarşı müxtəlif reaksiya formalaşdırmışdır. Osmanlı mədəniyyətinin də çoxsaylı dini nümunələrində Məhərrəm ayı matəmi xüsusi yer tutmuşdur. Bu baxımdan Anadolu müsəlmanlarının Kərbəla həqiqətləri, eləcə də Əhli-Beyt (ə) mövzusunda sərgilədikləri davranış dost və qardaş azərbaycanlılarla tarixən eyni istiqamətdə olmuşdur. Belə ki, Osmanlı cəmiyyəti bu tarixi hadisəyə qarşı daim böyük anlayış nümayiş etdirmiş, bu dönəmi hər zaman tam bir matəm havasıyla qarşılamışdır. Cümhuriyyətin ilk illərində də Məhərrəm ayının ilk on günündə günorta azanlarının Hüseyni ilahiləri üzərində, bəzi dərgah və evlərdə isə on gecə boyunca sırayla Füzulinin “Hədiqətus-Süəda” əsərinin oxunduğu məlumdur. Bu şəkildə həyata keçirilən bir çox ritualla Kərbəla hüznü türk-İslam cəmiyyətində bütünlüklə əks olunmuş, oxunan azanlardan söylənilən mərsiyələrə qədər, evlər və küçələrdən təkkələrə qədər bütün İslam çoğrafiyası kimi, Osmanlı cəmiyyəti də bu matəmi ürəklərinin ən dərin guşəsində hiss etmişdir. Buna görə də əminliklə deyə bilərik ki, Məhərrəm ayı və Kərbəla həqiqətləri mövzusu Osmanlı mədəniyyətində özünəməxsus yerə malik olmuşdur. Bugünkü proqram məhz bu deyilənlərin göstəricisidir.

Hayati Develi - Türkiyə yazarı

Kerbela.info