09 May 2024 - 9

09 May 2024 - 9

Kərbəla şəhrində məzlum Hüseynin
14.12.2020

Kərbəla şəhrində məzlum Hüseynin,
Kəsik peykərinin qurbanıyam mən.
O şəhid imamın, o nuri-eynin,
Əliəkbərinin qurbanıyam mən.

Sual verən şair, gözlə cavabın,
Deyim dərdin mən bir bağrı kababın,
Ürəyi lalə tək dağlı Zeynəbin,
Yanan ocağının qurbanıyam mən.

Xorasan şahının, qərib Rizanın,
Doqquz min yarası olan Ozanın,
Zülfüqar sahibi mərd Mürtəzanın,
Oğlu Ələmdarın qurbanıyam mən.

Leyla oğul deyib ağlayan zaman,
Lərzəyə düşmüşdü ərşü-asiman,
Quranda yazılan lölöü-mərcan,
Bu böyük adların qurbanıyam mən.

Yüz iyirmi dörd min Nəbiyyü-Əkrəm,
Şəmşirəm sizə mən sadiq nökərəm,
Qəbul et arzumu ey kani-kərəm,
Əziz ismibarın qurbanıyam mən.

Aşıq Şəmşir